Xəbər lenti
Hərbçi sevgilisini iki həftə otağındakı şkafda gizlətdi -ŞƏKİLLƏR
Britaniyalı hərbçi əcnəbi sevgilisini iki həftə otağında şkafda gizlədib.
“The Sun”ın məlumatına görə, hadisə Somersetdəki Yovilton Kral Hərbi Dəniz Donanmasının aviabazasında baş verib.
Qadını qəribə qoxu hiss edən və otağın qapısını açan zabitlər aşkarlayıb. O, dərhal bazadan çıxarılıb. Qadın bundan sonra Britaniyanı tərk edib.
Hava bazasının əməkdaşı onu 2019-cu ildən bəri tanıdığını izah edib. Qadın Cənub-Şərqi Asiyada anadan olsa da, Avropada yaşayıb və Niderland vətəndaşlığını alıb. 2020-ci ildə Milad bayramını qeyd edərkən o, yenidən məşuqəsi ilə görüşüb. Qadın Yeni ildən sonra Niderlanda qayıtmaq niyyətində olub, lakin COVID-19 epidemiyası səbəbi ilə problemlərlə qarşılaşıb.
Bundan sonra hərbçi onu aviabazada saxlama qərarına gəlib: Tətildən qayıdarkən avtomobilinin yük yerində qadını qorunan əraziyə gətirib. Bundan sonra məşuqəsini iki həftə otağında gizlədib.
Hərbçi işin üstünün açılmaması üçün otağın qapısına “İçəri daxil olmaq olmaz, təmizliklə özümüz məşğul olarıq” xəbərdarlığı da asıb. Ancaq bunun köməyi olmayıb.
Hərbi Dəniz Donanmasının nümayəndəsi qadının cəsus olma ehtimalını və xarici kəşfiyyat orqanları ilə əlbir ola biləcəyi ilə bağlı şübhələri təkzib edib.
“Hadisə tərəfimizdən araşdırılır. Tapılan şəxs Avropa vətəndaşı olub, cəsusluq etdiyi barədə şübhələrə əsas yoxdur”, - deyə nümayəndə əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar