Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

2020-ci ildə uşaqlara ən çox verilən adlar açıqlandı - SİYAHI

Tarix: 25-01-2021 12:27     Baxış: 3123 A- / A+
2020-ci ildə uşaqlara ən çox verilən adlar açıqlandı - SİYAHI


“İl ərzində 127 588 doğum dövlət qeydiyyatına alınıb”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, insan doğulandan ölənə qədər onun barəsində məlumatlar məhz vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı əsasında aparılır:

“2020-ci il ərzində 127 588 doğum dövlət qeydiyyatına alınıb. Bu sahədə yüksək nəticələrə nail olunması diqqətdə saxlanılır.

İl ərzində səyyar xidmət vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının verilməsi məqsədilə xəstəxanalarda 1 401 uşaq doğumu qeydə alınaraq doğum haqqında şəhadətnamələri valideynlərə təqdim olunub.

Doğum şəhadətnaməsi olmayan 1 312 uşaq aşkar edilib və 1 205 doğum qeydiyyata alınıb. Digərlərinə isə doğum aktının müəyyən olunması ilə bağlı köməklik göstərilib.

İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 usaqdan 100 nəfərin doğumu dövlət qeydiyyatına anılıb.

2020-ci il ərzində doğumu qeydə alınan uşaqlardan 67 972-si oğlan, 59 616-sı isə qız olub. Onlardan 1 695-i əkiz, 46-sı üçəm, bir dördəm uşağın doğumu qeydə alınıb.

Eləcə də il ərzində oğlan uşaqlarına verilən adlar arasında Yusif, Uğur, Hüseyn, Məhəmməd, qızlara isə Zəhra, Məryam, Mələk adları üstünlük təşkil edib”./ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar