Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları: Gəmidə nə baş verib?

Tarix: 25-01-2021 10:26     Baxış: 4171 A- / A+
Azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları: Gəmidə nə baş verib?


Yanvarın 22-də Qvineya körfəzində Türkiyəyə aid konteyner gəmisinə dəniz quldurlarının hücumunun təfərrüatları məlum olub. Hücumdan sağ xilas olan baş mühəndis Süha Tatlıgül həmin anlarda baş verənləri danışıb.

Bildirib ki, dəniz quldurlarının gəmiyə hücumu zamanı heyət üzvləri kapitanın otağına girərək qapıları bağlayıblar. Lakin quldurlar saatlarla davam edən çalışmadan sonra qapıları aça bilib.

Azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları: Gəmidə nə baş verib?

Fərman İsmayılov

Xatırladaq ki, Liberiya bayrağı altında üzən "Mozart” adlı gəmiyə hücum edən dəniz quldurları Azərbaycan vətəndaşı olan heyət üzvü, ikinci mühəndis Fərman İsmayılovu qətlə yetiriblər. 15 heyət üzvünü isə girov götürüblər və gəmidən uzaqlaşıblar. Xilas olan gəmi kapitanı və 2 heyət üzvü gəmini Qabon limanına istiqamətləndirib.

Azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları: Gəmidə nə baş verib?

Süha Tatlıgül və oğlu

Süha Tatlıgül deyir ki, quldurların gəmiyə hücumu səhər saat 6 radələrində başladı. "Kapitan otağına girib qapıları içəridən bağladıq. 6-7 saat qapıları qırmağa çalışdılar. Saat 13.30 radələrində "laqunda” ilə kəsib içəri keçdilər. Mən qapının açıldığını görəndə lyuku açıb aşağı tullandım, qaranlıq yerdə gizləndim. İçəri girən kimi atəş açdılar. Azərbaycan türkü olan ikinci mühəndisimiz öldü. 14.30 radələrində sakitlik yarandı. Heyət üzvlərindən biri quldurların getdiyini xəbər verdi, çölə çıxdım. Dərhal mühərrikləri işə salıb yola çıxdıq”, - türkiyəli dənizçi bildirir.

Gəmi dünən axşam saatlarında Qabonun Port-Gentil limanı sahillərinə yan alıb. Türkiyənin Librevildəki səfiri Nilufer Erdem Kayğısız "Anadolu” agentliyinə bildirib ki, qayıqlarla gəmiyə yan alacaqlar və azərbaycanlı dənizçinin cənazəsini götürəcəklər. Cənazə əvvəlcə morqa aparılacaq, daha sonra Azərbaycana yola salınması üçün zəruri tədbirlər görüləcək.

Quldurların qaçırdığı 15 heyət üzvünün hamısı Türkiyə vətəndaşıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dənizçilərin xilas edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi üçün tapşırıq verib, Türkiyənin Nigeriya və qonşu ölkələrdəki səfirlikləri hərəkətə keçib. Quldurların dənizçiləri hansı istiqamətə apardığı hələ məlum deyil. Bir qayda olaraq afrikalı dəniz quldurları qaçırdıqları dənizçilərə görə iri məbləğlərdə pul tələb edirlər./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar