Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu hərbçilərimizə vaxtından əvvəl hərbi rütbələr verildi - VİDEO

Tarix: 23-01-2021 20:33     Baxış: 3119 A- / A+
Bu hərbçilərimizə vaxtından əvvəl hərbi rütbələr verildi - VİDEO


Əlahiddə Ümumqoşun Orduda İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun cəlb edildiyi ixtisas hazırlığı kursları başa çatıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib. Buraxılış mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Məzunlar adından çıxış edən Elçin Əliyev söz verib ki, Vətən müharibəsində rəşadətlə döyüşdükləri kimi bundan sonra da dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq Vətənin müdafiəsində cəsarətlə dayanacaqlar.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi və şəxsi heyətin nümunəvi xidməti üçün mühüm işlər görülür. Döyüş hazırlığının yüksək səviyyədə olmasının nəticəsidir ki, ərazi bütövlüyümüz uğrunda aparılan Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu da iştirak edərək rəşadətləri ilə tarix yazdılar.

General-polkovnik Kərəm Mustafayev kursları başa vuran məzunları təbrik edərək gələcək xidmətlərində uğurlar arzulayıb. Çıxışların ardından məzunlara rütbə və sertifikatlar təqdim edilib. Məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı imzalanmış əmrlər şəxsi heyətə çatdırılıb və tribuna önündən təntənəli keçid olub.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar