Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ayaqqabısında qızıl sikkələr keçirən Azərbaycan vətəndaşı BELƏ SAXLANILDI - VİDEO

Tarix: 23-01-2021 17:24     Baxış: 3155 A- / A+
Ayaqqabısında qızıl sikkələr keçirən Azərbaycan vətəndaşı BELƏ SAXLANILDI - VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə xeyli miqdarda qızıl məmulatlarının gömrük nəzarətindən gizli keçirilərək qaçaqmalçılıq yolu ilə gətiriləcəyinə dair əməliyyat məlumatı daxil olub.

DGK-dən bildirilib ki, ərhal yaradılan əməliyyat qrupu tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Bayramov Tural Fikrət oğlu nəzarətə götürülüb. Müvafiq yoxlanışlardan sonra gömrük nəzarəti zonasını tərk etmək istəyən Tural Bayramov əməliyyatçılar tərəfindən saxlanılıb və o Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunub.

Aparılan şəxsi yoxlama zamanı Bayramov Tural Fikrət oğlunun geyindiyi ayaqqabının hər iki tayının içliyinin altında gömrük nəzarətindən gizlədilən, üzərində 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində kəsildiklərinə dair məlumatlar əks olunan 78 ədəd qızıl sikkə aşkar edilib.

Sikkələrin ümumi çəkisi 677 qram olub. Faktla bağlı araşdırma aparılır.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar