Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid ailələri və qazilərimizin kredit borcları silindi

Tarix: 21-01-2021 13:57     Baxış: 3148 A- / A+
Şəhid ailələri və qazilərimizin kredit borcları silindi


Azərbaycanın mikromaliyyə sektoru İkinci Qarabağ müharibəsində şəhidlərin ailələrinə, qazilərə və müharibədən zərər çəkən digər şəxslərə kredit güzəştlərinə başlayıb.

Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasından (AMFA) məlumat verilib.

AMFA üzvləri (Bank Olmayan Kredit Təşkilatları - BOKT-lar) 3 kateqoriya üzrə müharibə iştirakçısı və ya müharibədən zərər çəkmişlərin borclarının silinməsinə dəstək veriblər.

Belə ki, İkinci Qarabağ müharibəsi şəhidləri və onların birinci səviyyəli ailə üzvləri (ata, ana, yoldaş, övlad), eyni zamanda, fiziki imkanlarını itirmiş qazilərimiz və onların birinci səviyyəli ailə üzvləri güzəştlərdən istifadə edib. Həmçinin, müharibə zamanı raket hücumu nəticəsində evinə və biznesinə zərər dəymiş (Gəncə, Tərtər, Bərdə, və s.) müştərilər, eləcə də, müharibədə iştirak etmiş və müharibə zamanı xəsarət alan 1-ci səviyyəli müştərilər və onların ailə üzvləri borc üzrə faiz ödəməkdən azad olub.

Bu günə qədər, 26 şəhidin 39 200 manat həcmində və 34 şəhid ailəsinin 96 904 manat həcmində kredit borcu silinib. Eyni zamanda, evinə və ya biznesinə zərər dəymiş 69 müştəri 179 822 manat kredit faizi ödəməkdən azad edib. Həmçinin, müharibədə iştirak etmiş və ya xəsarət alan birinci səviyyəli 14 müştəri 21 368 manat olmaqla borc üzrə faiz ödəməkdən azad edilib, 11 fiziki imkanını itirmiş qazimizin isə 6 433 manat borcu silinib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar