Sizin Reklam Burada
Xəbər lenti
03-02-2025
02-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?

Tarix: 18-01-2021 21:01     Baxış: 3133 A- / A+
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?

Azərbaycan əhalisinin pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub.

Manevr.az trend-ə istinadən bildirir ki, əhali 2020-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 16,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,1 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 22,7 faizi ticarət müəssisələri, 54,6 faizi fərdi sahibkarlar tərəfindən, 22,7 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,6 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz artıb, bazar və yarmarkalarda isə 17,2 faiz azalıb.

2020-ci ildə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq, o cümlədən 181,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,4 manatlıq qeyri-ərzaq malları alıb.

Ümumilikdə hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq məhsul satılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar