Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir

Tarix: 18-01-2021 19:08     Baxış: 4193 A- / A+
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir.

Məqalələrinin “Din araşdırmaları” jurnalında dərc olunmasını arzulayanlar 2021-ci il 30 aprelədək müraciət edə bilərlər.

“Din araşdırmaları” jurnalına Azərbaycan, türk, rus, ingilis və ərəb dillərində hazırlanmış elmi məqalələr qəbul edilir.

Məqalələr elektron qaydada redaksiyanın journal@ait.edu.az elektron ünvanına göndərilməlidir.

Qeyd edək ki, elmi nəşrdə dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən tədqiq olunduğu məqalələrin qəbulu nəzərdə tutulub.

Aİİ-nin “Din araşdırmaları” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrə kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdir.

Akademik nəşrlər ali təhsil müəssisələrinin elmi fəaliyyətinin əsas göstəricilərindən biridir. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.

“Din araşdırmaları” jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

Nəşr qaydaları: https://ait.edu.az/az/tedqiqat/elmi-jurnal/

Məsul şəxs: Elnarə Ağaoğlu

Əlaqə: (012) 510 65 45 (daxili: 156); (070) 250 05 27

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar