Xəbər lenti
Azərbaycanlı bloqer əsgərlər üçün yığılan pula avtomobil alıb? - 31900 MANAT... - ŞƏKİL
Vətən müharibəsində insanlardan yardım yığıb ön cəbhəyə göndərən şəxslərdən birinin həmin yardımların müəyyən qismini mənimsəməsi barədə iddialar ortaya çıxıb. Hətta onlardan bəzilərinin özlərinə bahalı avtomobil aldığı da iddialar sırasındadır.
Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, jurnalist Məhəmmədəli Qəribli barəsində belə iddialar dolaşan Elçin Lənkəranski adlı şəxslə əlaqə saxlayıb. E.Lənbəranski bildirib ki, yeni avtomobil alıb, amma bunu yardım üçün yığılan vəsaitlə etməyib:
"Bundan əvvəl yazdığım postla bağlı Elçin Lənbəranski mənə zəng etdi. Söz verdim ki, mövqeyni olduğu kimi yazacam. Elçin bəy bugünlərdə yeni (salofan) maşın aldığını təsdiqlədi. Ancaq bildirdi ki, bu maşının alınmasının Ordumuza edilən yardın kampaniyasına heç bir aidiyyəti yoxdur.
Maşının alınması ilə bağlı Elçin Lənbəranskinin hesabatını olduğu kimi təqdim edirəm:
" Aldığım təzə maşın Cənubi Koreya istehsalı olan "Haval H2"-dir. Qiyməti 31900 manatdır. Kreditə yox, nəğd pula alsam da, borca girmişəm. 7 min manata öz sürdüyüm "Passat"ı satdım. 2500 manat qardaşımdan borc götürmüşəm. 11 min manatı isə yeznəm vasitəsilə borc götürmüşəm. Yerdə qalanını isə mənə dəyər verən qeyrətli vətən oğulları həll edib. Onlara müraciət etmişəm, çatmayan məbləğdə pulu pay olaraq mənə göndəriblər".
Əlavə heç bir şərh vermədən, mübarək olsun, deyirəm!"
Qeyd edək ki, E.Lənbəranski həmçinin bloqer fəaliyyəti ilə də məşğuldur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar