Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Məhkumlar vaksinasiya olunacaq yüksək riskli əhali qrupları sırasına daxil edilib

Tarix: 17-01-2021 09:58     Baxış: 3210 A- / A+
Məhkumlar vaksinasiya olunacaq yüksək riskli əhali qrupları sırasına daxil edilib


COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunacaq əhali qrupları açıqlanıb.

Manevr.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda əksini tapıb.

Strategiyanın icrası ümumi əhali və xüsusi həssas qruplarını özündə ehtiva edir. COVID-19 xəstəliyinin səbəb olduğu epidemioloji vəziyyətin stabilləşdirilməsi və onun mənfi nəticələrini azaltmaq məqsədilə görülən tədbirlər səhiyyə sisteminin, immunlaşdırma xidmətlərinin və müvafiq logistika işlərinin gücləndirilməsini əhatə edir. Sənəddə qeyd edilib ki, COVID-19 xəstəliyi əleyhinə vaksinasiya mühüm və yüksək riskli əhali qruplarının mümkün qədər tam əhatəsi və ümumi əhali arasında isə könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli əhali qrupları aşağıdakılardır:

sosial:

- səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;

- hüquq mühafizə orqanlarının əməkdaşları;

- hərbi qulluqçular;

- saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;

- təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

tibbi:

- yaşlı əhali ≥65;

- Tənəffüs Sistemi Xroniki Xəstəlikləri olanlar, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50), piylənmə (≥18).

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar