Xəbər lenti
Tanınmış fotoqrafdan fransızlara "QARABAĞ DƏRSİ" - VİDEO
Fransanın məşhur "TV5MONDE" telekanalına qonaq qismində dəvət alan dünya şöhrətli fotojurnalist Reza Deqati Qarabağ müharibəsi ilə bağlı bir sıra faktlara toxunub.
Çıxışında Şuşa şəhərinin qədim tarixindən, Azərbaycanın mədəniyyət beşiyi olduğundan danışan Deqati, bu qədim torpaqlarda doğulan musiqiçilərdən, şair və xanəndələrdən də bəhs edib.
O, həmçinin hər iki Qarabağ müharibəsində fotoqraf kimi iştirakından, 30 il ərzində şahidi olduğu erməni vəhşiliyindən danışıb. Fransız jurnalistlərin yalnız erməni tərəfindən çıxış etdiyini, Azərbaycanda törədilən faciələri niyə görməzdən gəldiyini anlamadığını vurğulayıb.
Azərbaycanda hökm sürən tolerant və multikulturallıqdan bəhs edən fotoqraf ölkəmizin müasir düşüncədə, demokratiya anlayışında heç də Avropadan geri qalmadığını bilidirib.
Eləcə də erməni işğalçılarının atdıqları bombalara qurban gedən mülki şəxslər, uşaqlar barədə məlumat verib.
Veriliş boyu tanınmış fotojurnalistin lentə aldığı kadrlar nümayiş olunub.
O, həmçinin bütün fəaliyyəti boyu iştirak etdiyi müharibələrdə haqlı tərəfin hüquqlarını qorumağa çalışdığını, məhz bu səbəbdən Azərbaycanın yanında olduğunu qeyd edib./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar