Xəbər lenti
Uşaqları maska taxmayan valideynləri hansı cəza gözləyir?
Məlumdur ki, yetkinlik yaşına çatmayan şəxslər maska taxmadıqları üçün cərimə edilmir. Bəs görək, həmin uşaqların valdeynləri buna görə məsuliyyət daşıyırmı?
Manevr.az xəbər verir ki, "Müvəkkil" hüquq mərkəzinin rəhbəri, hüquqşünas Səməd Vəkilov lent.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. O bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində müddəalar nəzərdə tutulub:
"Maska və ya digər inzibati xətalar törədən yetkinlik yaşına çatmayan şəxslərin əməllərinə görə onların valideynləri məsuliyyətə cəlb olunur. Belə ki, bu haqda qanunvericilikdə də müəyyən müddəalar nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən, uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi,
189.1- yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə, xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.
189.3-cü maddədə isə bu məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda valideynlər altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
189.4-cü maddədin bu məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar