Xəbər lenti
Bir ailənin üç igidi - Vətənə oğul gərək...
Vətən müharibəsi Lənkərənaın Boladi kəndinin cəngavərlərini də bizə tanıtdı: üç qardaş biri şəhidlik zirvəsinə ucaldı
Qarabağdan illərdir ki, söz düşəndə ilk dilə gələn arzu-dilək belə olub: ”...İnşallah, gələn ilin “Novruz “ bayramını işğal altında qalan doğma yurdlarda keçirdək”.
Bəli, diləklər o zaman hasil olur ki, istədiyinə yetmək üçün hərəkətə gəlirsən.
Xalqımızın da dilkləri hasil oldu. Ona görə də bu günlər səsi Şuşamızdan gələn, Müzəffər Ordumuzun Ali Baş Komandanı, qalib xalqın və dövlətin prezidenti İlham Əliyev qürurla deyir: “Qarabağ Azərbaycandır!”
Bəli, 10 noyabr 2020-cil tarixi Qələbənin qazanılması xalqımızın, yenilməz Ordumuzun, onun Ali Baş Komandirinin birliyinin, dövlətimizin hərtəəfli inkişafının nəticəsidir. 27 sentyabr 2020-ci il tarixində təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün başlayan Vətən müharibəsində qalibiyyət bayrağımızı qaldıran qəhrəman oğullarımızın sırasında lənkəranlı igidlər də az olmayıb.
Lənkəran şəhərinin Boladı kəndindən olan İbadovlar ailəsinin də üç oğulu 44 günlük Vətən müharibəsində döyüşən ordumuzun zəfər salnaməsini yazablardan olub. Cəmil, Aqşin və Məmmədhüseyn İbadov qardaşları müharibənin ilk günlərindən döyüşlərə qatılıb. Təəssüf ki, onlardan biri -1984-cü il təvəllüdlü XTQ-nin kəşfiyyatçı mayoru Aqşin İbadov oktyabrın 19-da Hadrutda Tuğ kəndinin yaxınlığında düşmənin atdığı minomyot mərmisindən şəhid olub...
Bu ailə dörd oğlandan və iki qızdan ibarət idi. Dörd qardaşdan üçü hərbçidir. Ailənin böyük oğlu, 1975-ci ildə Lənkəran rayonunun Boladi kəndində dünyaya göz açan Emil İbadov hələ 1994-cü ildə birinci Qarabağ müharibəsində Yaşma xüsusi təyinatlı batalyonunun tərkibində döyüşlərdə iştirak edib. Dili söz tutar-tutaz şəhid qardaşı Aqşin İbadovun 2019-cu ilin avqust ayında 36 yaşında ailə qurduğunu deyir: “O, ötən ilin sentyabrın 25-də Türkiyənin Milli Müdafiə Universitetini bitirdikdən sonra vətənə qayıtdı. Sentyabrın 30-dan isə döyüşlərə qatıldı. Sentyabrın 16-da Zeynəb adında qız övladı dünyaya gəlmişdi. Qardaşım övladıyla cəmi 9 gün bir yerdə ola bildi...”
Şəhid Aqşin İbadov 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2005-ci ildə “Kəşfiyyat” ixtisasını bitirib. İlk iş yeri Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissə olub. Müxtəlif illərdə Mingəçevir, Murovdağ istiqamətində, Gədəbəydəki hərbi hissələrdə nümunəvi xidmət aparıb və zabit kimi kəşfiyyat taqım komandiri, kəşfiyyat bölük komandiri və hərbi hissənin kəşfiyyat rəisi kimi vəzifələrini yerinə yetirib. 2015-2018-ci illərdə müxtəlif ölkələrin hərbçilərinin də qatıldığı kurslarda və seminarlarda iştirak edərək sertifikatlar, diplomlar alıb və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Aqşin eyni zamanda
Hərbi Attaşe kursunu keçib, erməni dili kursuna da yazılmışdı. 2018-ci ildə Ali Hərbi Akademiyaya daxil olub. Oranı bitirdikdən sonra Türkiyədə İstanbul Milli Müdafiə Universitetində magistr təhsili alıb.
İbadovlar ailəsinin doğması Günel Türksoy şəhid Aqşin İbadovun qardaşının yolları haqqında fikrini davam etdirməkdə köməyinə gələrək deyir ki, o, Kəlbəcərin bəzi hissələrinin, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Hadrut yaxınlığında, Tuğ kəndinin ərazisində adsız yüksəkliklərin azad olunmasında döyüşüb: “...Xankəndi-Şuşa yolunun təmizlənməsi uğrunda gedən isəəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın, Füzulinin və Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif edilib. Qardaşı deyir ki, Aqşin “Xilaskar” təxəllüsü ilə şeirlər də yazırdı. Sentyabrın 28-də daxilində bir narahatlıq olduğunu mesajla ömür-gün yoldaşına yazıb. Hərbçi qardaşları dekabrın sonlarında onun şəhid olduğu ərazidə olublar. Aqşinin orada qalan əşyalarını, kaskasını və ona məxsus kiçik ölçülü “Quran” kitabını tapıblar.
Döyüş yoldaşlarından birinin sözlərinə görə, ötən il oktyabrın 13-də Aqşin onlara rəhbər təyin edilib. Tapşırıqları Cəbrayıl-Füzuli yolunun Hadrut istiqamətindəki ərazilərdə düşməni təmizləmək və Hadrutdan Tuğ kəndi ərazisindəki mühüm yüksəklikləri ələ keçirmək olub. 3 gün yol gedib, ərazidəki düşmənin təxribatçı qruplarını məhv ediblər. Aqşin yüksəklikdən müşahidə edərək gedəcəkləri obyekti göstərib. Yemək və suları qurtarıbmış. Oktyabrın 17-də şəxsi heyət istirahət edərkən döyüş yoldaşı bir neçə nəfərlə mühafizəni təşkil etməli imiş. Aqşin səhra gödəkçəsini ona uzadaraq deyib ki, soyuqdur, al geyin və cibində lazım olacaq əmanət də var, istifadə edərsən. Döyüş yoldaşı gödəkcənin cibinə baxanda yarım litrdən də az içməli suyun olduğunu görüb. Aqşin su payını içməyibmiş. Suyu lazım olan vaxt halı dəyişən əsgəri üçün saxlayıbmış. Hansı ki, o anlarda onun özünün suya çox ehtiyacı olub”.
Türkiyədə Milli Müdafiə Akademiyasında ötən il noyabrın 1-də dərslər başlayanda Atatürkün xatirəsi anıldıqdan sonra Aqşin də unudulmayıb. Aqşinə dərs deyənmüəllimləri, türk generalları onun haqqında xatirələrini danışıb və çox üzüldüklərini bildiriblər. Çünki Aqşinə hər zaman deyirmişlər ki, sən gələcək Azərbaycan hərb elitasının öndəki generallarından olacaqsan...
Hazırda Milli Ordu sıralarında xidmətini davam etdirən qardaş - 1977- ci il təvəllüdlü Cəmil İbadov isə 2000-ci ildə gizirlər məktəbini bitirib. Həmçinin Türkiyənin Adana vilayətində zirehli texnika üzrə kurs keçib. O da 27 sentyabrdan etibarən döyüşlərə qatılıb. Ailəlidir, iki övladı var.
Ailənin balaca qardaşı, 1982-ci ildə anadan olan Məmmədhüseyn İbadov da bu gün hərbi xidmətdədir. O, Bakı Ali Hərbi Məktəbini bitirib. “N“ saylı hərbi hissənin əməliyyat rəisi kimi 27 sentyabrdan 44 günlük döyüşlərdə iştirak edib. Oktyabr ayında döyüşlərin qızğın getdiyi vaxt mayor Məmmədhüseyn İbadov polkovnik-leytenant rütbəsinə layiq görülüb. Ailəlidir, iki övladı var.
Haqqında ürək dolu söz açılan hərbçi İbadovlar qardaşları Boladı kəndində ziyalı ailəsində dünyaya gəlib. Onların atası Nazim İbadov Lənkəranın Liman şəhərində 43 il riyaziyyat və fizika dərslərini tədris edib.
Bu ailənin təmsil olduğu İbadovlar nəslinin daha bir təmsilçisi, kapitan, hərbçi qardaşların əmisi oğlu, 1989-cu il təvəllüdlü İbadov Arzu Balahüseyn oğlu da Vətən müharibəsində iştirak edib. Hazırda orduda xidmətini davam etdirir. Hadrut uğrunda gedən ağır döyüşlərin birində düşmənin pilotsuz uçuş aparatını, Qubadlı istiqamətində isə şəxsi heyəti ilə birgə düşmənin “Su-25” hərbi təyyarəsini vurub. Ailəlidir, 2 övladı var.
Məhəmməd NƏRİMANOĞLU
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar