Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA

Tarix: 14-01-2021 17:38     Baxış: 3166 A- / A+
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA


"Nazirlər Kabineti yanında operativ qərargah bütün parametrləri qiymətləndirərək, yanvarın 18-dən sonra karantin rejiminin yumşaldılması barədə qərar verə bilər”.

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M.Quliyevin sözlərinə görə, karantinin yumşaldılmasına getmək üçün kifayət qədər əsaslar var:

"Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ötən ilin dekarından tətbiq edilən sərtləşdirilmiş karantin kifayət qədər effekt verdi. Yoluxma və ölüm sayında əhəmiyyətli azalma müşahidə edilir. Təbii ki, buna vətəndaşların qaydalara ciddi riayət etməsi ilə nail olundu.

Vətəndaşlarımız problemin ağırlığını dərk edir və məsuliyyət nümayiş etdirirlər. Göstəricilər yaxşıdır, həm yoluxma, həm də virusdan ölüm sayı azalıb. Ona görə yumşalmaya gedilməlidir.

Amma bu o demək deyil ki, virus bitdi. Hətta vaksinasiyadan bir müddət sonra da tibbi maskadan istifadə labüd hesab edilir, həmçinin gigiyenik qaydalara riayət şərtdir”.

Komitə sədri praktikada olduğu kimi yumşalmanın mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb:

"Hansı qərarlar veriləcək, bunlar rəsmilər tərəfindən açıqlanacaq. Amma hesab edirəm ki, SMS icazə ləğv edilə bilər, bəzi sahələrdə iş bərpa oluna bilər, metro açıla bilər. Bütövlükdə siyahını operativ qərargahın üzvləri müəyyən edir. İlkin olaraq, hansı qərarlar veriləcək, hansı sahələrdə fəaliyyət bərpa olunacaq, bunu yalnız operativ qərargah açıqlayacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar