Xəbər lenti
“Mənim polisim, məni qoruduğun üçün Sağ ol!"
Bu gün cəmiyyət həyatının bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşlarımızın asayişini mühafizə edən, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqi ncə yerinə yetirən nümunəvi polislərimizdən bəhs etmək istəyirəm.
Bəli, onlar daim asayişimizi qoruyaraq, təhlükəsizliyimizin keşiyində dayanaraq işlərindən zövq alırlar. İndiki gərgin şəraitdə – koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda gecə-gündüz bilmədən vicdanla çalışırlar. Onların vətəndaşlarımıza göstərdikləri diqqət və qayğını bugünki reydimizdə daha aydın gördük. Belə ki, müşahidə apardığımız zaman Nərimanov rayon, Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşı, 1 saylı post komandiri, Polis leytenantı Azər Sadıqovun nəzarəti ilə posta ezam olunan YPX 10-cu tağımının əməkdaşları Elşən Hüseynov, Elnur Zahidov və Çevik polis alayının polis nəfəri polis serjantı Sərdar Alıyev, Məcid Əliyev və daxili qoşunların 4 nəfərdən ibarət əsgərinin qulluq zamanı necə məsuliyyət daşıdıqlarının şahidi olduq. Və onlara minnətdarlıq ehtiyacı duyduq: “Mənim polisim, məni qoruduğun üçün Sağ ol!" 1 saylı post komandiri, Polis leytenantı Azər Sadıqov: Bizim pis işləməyə haqqımız yoxdur. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kimi bir peşəkarın rəhbərlik etdiyi qurumda çalışmaq məsuliyyətli və şərəflidir. Bundan sonra da ancaq uğurlara imza atacağıq.
Həyatımızı sakitlik, sabitlik, dinclik içərisində yaşadan bu insanlara möhkəm cansağlığı, gərəkli işlərində bundan sonra da daha böyük nailiyyətlər arzuladıq.
Sima Babayeva
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar