Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva Vətən Müharibəsi qazisi ilə görüşdü - ŞƏKİL

Tarix: 12-01-2021 21:25     Baxış: 3201 A- / A+
Qənirə Paşayeva Vətən Müharibəsi qazisi ilə görüşdü - ŞƏKİL

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva Vətən Müharibəsinin qazisi, Tovuz rayon Hunanlar kənd sakini Rövşən Telman oğlu Qəşəmovla görüşüb.
Manevr.az-ın məlumatına görə, millət vəkili qazini düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib:
"Əziz qazimiz! Siz və cəbhə yoldaşlarınız müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıraraq, başda Ali Baş Komandanımız olmaqla Silahlı Qüvvələrimizin qüdrətini, xalqımızın birliyini dünyaya göstərdiniz. Sıralarında döyüşdüyünüz Ordumuz əcdadımızın hərb ənənələrini texnoloji yeniliklərin tətbiqi ilə zənginləşdirərək, Ermənistanın 30 ilə yaxın formalaşdırmağa çalışdığı saxta mifləri 44 gün içində darmadağın etdi.
Sizin xilaskarlıq missiyanız mədəniyyət beşiyimiz Şuşa şəhərinin, tapdaq altında qalmış digər şəhər və rayonlarımızda dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açıb.
Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk.
Sizi, Sizin timsalınızda çiyin-çiyinə döyüşdüyünüz bütün əsgərlərimizi, zabitlərimizi bir daha tarixi zəfər və yeni təqvim ili münasibəti ilə təbrik edirəm"!
Q.Paşayeva qaziyə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu təqdim edib.
Qazi R.Qəşəmov Komitə sədrinə səmimi görüş üçün təşəkkür edib.

Manevr.az
Qənirə Paşayeva Vətən Müharibəsi qazisi ilə görüşdü - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar