Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

İzlənən “WhatsApp” yazışmaları haqda önəmli açıqlama

Tarix: 12-01-2021 09:26     Baxış: 4122 A- / A+
İzlənən “WhatsApp” yazışmaları haqda önəmli açıqlama

"Azərbaycandilli sosial media məkanı, media qurumları "WhatsApp"-la bağlı məsələni çox, ifrat dərəcədə şişirdirlər".

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "WhatsApp"-ın elan etdiyi yeni qaydaları şərh edərkən bildirib.

Ekspert hesab edir ki, ciddi narahatçılıq üçün əsaslar yoxdur: "Əvvala, biz uzun müddətdir ki, bütün sosial resurslardan, o cümlədən "WhatsApp"-dan pulsuz bəhrələnirik. Yəni, pulsuz olaraq bizə xidmət göstərilir.

Xatırlayaq ki, biz bununla xeyli problemlərimizi həll edirik, xidmətlər alırıq, bu resurslar bizə karyera qurmağa, informasiya mübadiləsinə, pul qazanmağa, biznes qurmağa kömək edir. Təbii ki, əvəzində bizim datalardan da uzun müddətdir ki, "Facebook" da, digərləri də istifadə edir.

İndi də, "WhatsApp"-da "Facebook"-a məxsus olduğundan bu datalardan "WhatsApp" reklam məqsədilə də istifadə olunacaq. Yəni, pulsuz bu xidmətlərdən istifadənizin əvəzinə sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır".

Mütəxəssis qeyd edir ki, adi istifadəçinin yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur: "Sadəcə, düşünürəm ki, dövlət qurumlarının , böyük biznes qurumların, xidməti və əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər".

O. Gündüzün sözlərinə görə, vətəndaşlarınmızın və qeyri-dövlət sektorunun, imkan daxilində, inkişafı üçün bu resurslardan maksimum istifadə etməyimiz daha doğru olardı: "Pulsuz təqdim olunan bu qlobal resurslardan inkişaf üçün, biznes üçün, karyera və xidmətlər almaq üçün maksimum bəhrələnməliyik: "Bu resusların sahibi xarici vətəndaş olduğundan, resurs xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var. Yeri gəlmişkən, hazırda Konqresdə "Facebook", "Google", "Apple" və s. ilə bağlı hesabat hazırlanıb. Ola bilər, yaxın müddətdə bu resurslar məcburən parçalansın və "WhatsApp"-ın sahibi ayrısı olsun və ayrı qaydalar olsun. Odur ki, paralel olaraq digər resurslardan - "Telegram", "Signal" və s. istifadə etmək doğru olardı. Nəzərə alaq ki, "Telegram" da rus vətəndaşına məxsusdur".

Ekspert vurğulayıb ki, diqqət yetiriləcək məqam bizim şəxsi məlumatlarımızın , müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında bizimlə bağlı məlumatların nə dərəcədə qorunmasıdır: "Hələlik bizim şəxsi məlumatların qorunması Avropanın yeni GDPR standartlarına uyğunlaşdırılmayıb. Yəni görəsən, bizim mobil operatorlardakı nömrələrimiz, kiminsə nömrəsinə daxil olan və çıxan zənglərin tarixi, ev ünvanlarımız, kiminsə harasa uçub-uçmaması ilə bağlı AZAL-dan olan məlimatlar nə dərəcədə qorunur?

Məlumat üçün qeyd edim ki, qonşu ölkələrdə bununla bağlı böyük qara bazarlar formalaşıb. Yəni, tutaq ki Rusiyada kiminsə mobil nömrəsini "Beeline" operatorundan 600-800 rubla almaq olar, bu nömrənin son ay üzrə billingini isə 3500-4500 rublla almaq olmaq mümkündür. Kiminsə ev ünvanını da bəlli bir məbləğə pasport masadan əldə etmək olur. Kimsə, daxili və ya xarici resurs bizim fərdi məlumatları 3-cü tərəfə verə bilər.

Fikrimcə, biz ölkə daxilində fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın GDPR standartlarına uyğunlaşdırması və təhlükəsizliyin gücləndiriıməsinə diqqət yetirməyimiz daha doğru və faydalı olardı".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar