Sizin Reklam Burada
Xəbər lenti
03-02-2025
02-02-2025
BÜTÜN XƏBƏRLƏR

Siyavuş Novruzov "vedrə ilə su ölçmə"sini tənqid edənlərə cavab verdi

Tarix: 11-01-2021 18:49     Baxış: 4211 A- / A+
Siyavuş Novruzov "vedrə ilə su ölçmə"sini tənqid edənlərə cavab verdi

YAP-çı deputat Siyavuş Novruzov sosial şəbəkələrdə suyun vedrəylə ölçülməsi barədə səsləndirdiyi fikirlərə görə onu tənqid edən şəxslərə cavab verib.

Manevr.az xəbər verir ki, S. Novruzov “qafqazinfo”ya açıqlamasında bildirib ki, o sözügedən verilişdə iki nəfərin dialoqunu səsləndirib: “Bu iki nəfərin arasında gedən dialoq idi və mən onu ictimailəşdirmişəm. Mən bu fikri korrektə edə bilərəm?! Arzu edərdim ki, mənim fikrimi şərh edənlər, gənclər ümummilli liderin sədaqətlə bağlı səsləndirdiyi fikirləri öz əməllərində rəhbər tutsunlar. Onlar hər bir işlərinə sədaqətlə yanaşsınlar. Gələcək nəsillərin qarşısında qoyulan tərbiyə budur. Onlar dövlətinə, millətinə, torpağına, Prezidentinə sədaqətli olsunlar. Yoxsa o boyda maştabı kənara qoyub hansısa bir ölçü vahidinin dalınca qaçmaq doğrudan da cılızlıqdır”.

Xatırladaq ki, deputat Space televiziyasında yayılan “Sadə həqiqətlər” verilişində qonaq olub. O verilişdə Heydər Əliyevlə bir siyasətçi arasında baş vermiş dialoqu xatırladıb: “Naxçıvan dövrü idi. Mövqesiz adamlardan biri Heydər Əliyevə yaxınlaşdı. Ondan soruşdu ki, hər şeyin ölçüsü var. Məsələn işıq amperlə, su vedrəylə ölçülür. Litrlə də yəni. O biri kiloyla, tonla ölçülür. Bəs bu sədaqətin, vəfalılığın da ölçüsü varmı? Özü sədaqətsiz adam idi. Heydər Əliyev dedi var ki var, o zamandır. Zaman göstərir ki, kim sədaqətlidir, kim sədaqətsiz”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar