Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

“Anamla birgə yoluxdum, o rəhmətə getdi...”

Tarix: 09-01-2021 21:19     Baxış: 3253 A- / A+
“Anamla birgə yoluxdum, o rəhmətə getdi...”

“İki həftə əvvəl koronavirus xəstəliyinə yoluxdum. Hal-hazırda özümü normal hiss edirəm, amma tam sağalmamışam, müalicəmi evdə davam etdirirəm. 1 aya yaxındır ki, əziyyət çəkirəm, başqa xəstəliyim də olduğu üçün ağır keçirdim. Həkim deyir ki, 10-15 günə tam yaxşı olacaqsan”.


Manevr.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında İctimai Televiziyanın sabiq baş direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib.

Kinorejissor dekabrın 25-də anasının bu xəstəlik ucbatından vəfat etdiyini bildirib: “Anamla birlikdə yaşayırdım, anam da bu xəstəliyə yoluxdu və rəhmətə getdi. Çox təəssüf ki, onun dəfnində iştirak edə bilmədim, bu, çox ağrılıdır. Çox sağ olsunlar dostlarım, həmkarlarım bu çətin günlərdə mənə dəstək oldular, kömək etdilər. Xəstəlik qapını döyəndə dostlarını daha yaxından tanıyırsan.

İnsanlar şəxsi gigiyenaya mütləq fikir versinlər, maska taxıb məsafəli gəzsinlər. Bir balaca özlərini pis hiss edən kimi qətiyyən insan içərisinə çıxmasınlar. Bunlar vacib məsələlərdir, çox təhlükəlidir. Mən özüm bütün bunlara riayət edirdim, 9 ay özümü gözlədim. Bilirəm ki, işdə yoluxmuşam, çünki biz müxtəlif insanlarla çalışırıq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar