Xəbər lenti
"Vaksinasiyadan sonra da maska taxılmalıdır" - TƏBİB rəsmisi
Yeni növ koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizə gətiriləcək peyvəndlərə böyük ümidlər bəslənilir. Lakin peyvəndlərin gətirilməsi və onun vaksinasiyasının başlanılması heç də arxayınçılıq üçün əsas vermir.
Manevr.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, peyvəndin vurulması orqanizmdə immunitetin inkişaf etməyə başlaması deməkdir.
"Birinci doza vurulandan 14-21 gün sonra ikinci doza vurulacaq. İkinci dozadan sonra virusa qarşı orqanizmdə yaranan anticisimlərin əmələ gəlməsini gözləmək lazımdır. Lakin bununla birlikdə vaksinasiya prosesindən bir müddət sonra da tibbi maska taxılmalı, əl gigiyenası və sosial məsafə ilə əlaqədar qaydaya əməl olunmalıdır, çünki ikinci doza alınana qədər, daha dəqiq desək, immunitet yaranana qədər təhlükənin sovuşmasına bel bağlamaq olmaz. Orqanizmdə infeksiyaya qarşı immunitet yaranana qədər gözləmək və qaydalara əməl etmək lazımdır”, - deyə TƏBİB rəsmisi qeyd edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar