Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qazi Vüsal Musayevin ölümündə tibbi, sosial-iqtisadi xidmət sektoru suçludur

Tarix: 08-01-2021 14:22     Baxış: 3199 A- / A+
Nə oldu, Vüqar Behbudov, bəs deyirdin "yaralılara psixoloji dəstək veriləcək? “
Qazi Vüsal Musayevin ölümündə tibbi, sosial-iqtisadi xidmət sektoru suçludur



Azərbaycanın hərbi sahədə uğurlarına tibbi, sosial, maliyyə xidmətləri sektorunun kölgə salmasının apogeyi Qarabağ Vətən savaşında ağır baş beyin travması almış MAXE (müddətdən artıq xidmət edən) hərbi qulluqçu 35 yaşlı Qazi Vüsal Musayevin özünü öldürməsi oldu. Bu ölümün suçu bütövlükdə Azərbaycan hökumətinin, sosial-iqtisadi, tibbi sektorun üzərinə düşür. İndiyədək yaralı döyüşçülərə gərəkən sosial, psixoloji, tibb, maliyyə yardımları edilməyib. Yalnız ayrı-ayrı qurumlar şou xarakterli “coşqulu qarşılaşmalar”la özlərini reklam etməklə məşğuldurlar.


Qazinin özünü öldürməsində hərbi klinika ilə yanaşı, hamı ilk növbədə Səhiyyə Nazirliyini suçlu biləcək yəqin. Sözügedən qurum isə haqlı olaraq “daş atıb, başını tutacaq” ki, hərbi , xüsusi rütbəli qurumların yanındakı tibb müəssisələrinin onunla heç bir bağlılığı yoxdur. Heç Tibbi Ərazi Bölmələrini İdarə Birliyinin (TƏBİB) də. TƏBİB də haqlı olaraq yaxasını , vurğuladığımız səbəbdən, qırağa çəkəcək. Doğrudan da, acı da olsa, gerçəkdir : ÖLKƏDƏ HƏR NAZİRİN ÖZ ORDUSU, HƏR ORDUNUN ÖZ SƏHİYYƏ MÜƏSSİSƏLƏRİ VAR! Və bu müəssisələrin hamısı tibbi xidmət çini altında güc qurumlarının rəhbərlərinə tabedirlər. Hətta tibbi rejimi də güc nazirləri müəyyən edir. Bir də görürsən, ağır xəstəni 7-10 gün keçmiş zorla qospitaldan “qovurlar” ki, bəs nazirin əmridir, on gündən artıq “koyka”nı məşğul etmək olmaz. Elə bu “güc-zorakı tibb xidməti” sonucu Qarabağ yaralıları , qaziləri nəinki müalicə olunur, əksinə, ciddi psixoloji travma alırlar.

Büdcədən hərbiləşdirilmiş tibb, maliyyə, mətbuat , hüquq və s. mülki xarakterli g xidmətlərə ayrılan vəsait ön sırada döyüşən hərbçinin maliyyə təminatından da qat-qat çoxdur . Nədən öndəki döyüşünün hərbi çininin aşağı olmasıdır. Kabinetlərdə “paslanan” maliyyə, mətbuat , tibb, orkestr yüksəkçinlilərinin , generalitetin təminatı İlə bütöv ordunu təmin etmək mümkündür. Bir anlaşılmazlığı da vurğulayaq ki, hərbi qanunvericiliyin tələblərinə əsasən, xidmətdən buraxılan hərbi qulluqçuların tibbi, sanatoriya -kurort müalicəsi hüququ saxlanılsa da, nə Müdafiə Nazirliyi, nə də digər güc nazirlikləri bu tələbə əməl etmir , Qarabağ qazilərindən sanatoriya -kurort müalicəsinə görə ödəniş tələb edərək onlara tibbi -psixoloji travma vururlar. Maraqlıdır ki, heç bir qurum, insan hüquqlarının müdafiəçiləri illərdir baş verən bu özbaşınalığa hüquqi qiymət verilməsini təmin etmir. Elə bu sayğısızlığın, ayrı-seçkiliyin sonucudur ki, qazilər, yaralılar çıxış yolunu özünü öldürməkdə tapırlar. Bizi hər şeyi qara boyada görməkdə suçlamaq fikrinə düşənlər , başqa xidmət sahələri bir qırağa, hansısa tibb ocağında “ Qarabağ Vətən Müharibəsi qaziləri üçün palata” görüblərmi? Hansısa xidmət sahəsində “Qarabağ qazilərinə növbədənkənar xidmət göstərilir” bildirişini necə?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin (SXA) özü indiyədək Qarabağ qazisi – yaralı Vüsal Musayevlə maraqlanıbmı? Agentliyin, adı sosial xidmətdən başqa hər qanunsuzluqda hallanan idarə heyətinin sədri Vüqar Behbudovun yaralılara, əlillərə virtual sosial -psixoloji dəstək proqramı kimin cibini doldurmağa xidmət edir? Büdcədən psixoloji dəstək pulları silməklə iş bitmir, gerçək sosial -psixoloji, tibbi xidmət, qayğı göstərilməlidir . Hanı gerçək xidmət? Niyə nazirlikdə, sosial xidmət sektorunda Qarabağ qazilərinin təcrübəsindən yararlanılmır? Döyüşçünü döyüşçüdən özgə heç kim başa düşə bilməz. Bu ağrı elə acıdır ki, sözlə açmaq mümkün deyil.

Əlbəttə, başlıca suçu hərbi klinika daşıyır. Baş beyin travması almış şəxsin bir an da olsun nəzarətsiz qalması yolverilməzdir. Nə yazıq, sonuc çox ağrıdıcı, ürəksızladıcı oldu. Daha bir qazimiz şəhid oldu. Daha bir qazimiz əsir -yesir yaşamı qarşısında özünə qıydı. Tanrı bunu şəhidlik sayar, yəqin, yanına çəkər. ..

Məğrur Bədəlsoy

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar