Xəbər lenti
Professor Tarif Şurasının 300-ə yaxın dərmanla bağlı qərarını şərh etdi
"Düşünürəm ki, bu, karantin dövründə dərman bazarında yaranmış vəziyyəti tənzimləmək üçündür".
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Tarif Şurasının 300-ə yaxın dərmanla bağlı qərarını şərh edərkən deyib. Professorun sözlərinə görə, pandemiya dövründə bazara xeyli dərman preparatları daxil olub:
"Müəyyən işbazlar, bəzi şəxlər koorporativ maraqlar üzərində dərmanların qiymətlərini şişirdiblər. Yəqin ki, Tarif Şurasının siyahısına istinad edərək istəlinən vətəndaş dərmanın qiymətini tələb edə bilər. Bu siyahının olması önəmlidir".
Adil Qeybulla qeyd edib ki, siyahıda çox bahalı dərman preparatları da yer alıb:
"Əhalinin onlar almaq imkanı yoxdur. Bu dərmanlar hansısa dövlət proqramı çərçivəsində əhaliyə pulsuz verilməlidir. Amma qalan dərmanlar adi qiymətlərə müvafiqdir. Vətəndaşlar onları sərbəst şəkildə alıb istifadə edə bilər. Düşünürəm ki, belə bir açıqlama ən azı müəyyən tənzimləmə baxımından və xüsusi ilə də indi dərman bazarına əl gəzdirməyin çox ciddi şəkildə lazım olması zərurəti var. Düzdür, bazarda qiymətlərə müdaxilə düzgün deyil. Amma pandemiya dövründə bu vacibdir. Ola bilər ki, karantindən sonra bəzi məsələlər sərbəst buraxılsın. Amma karantin dövründə tənzimləməyə ciddi ehtiyac var".
Qeyd edək ki, Tarif (qiymət) Şurasının yanvarın 4-də keçirilən iclasında yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti də təsdiq olunub. Ticarət adı, farmaseptik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12.392 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar