Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

“SMS icazə” sistemi nə vaxtdan ləğv ediləcək? - AÇIQLAMA

Tarix: 05-01-2021 19:50     Baxış: 4166 A- / A+
“SMS icazə” sistemi nə vaxtdan ləğv ediləcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirusa yoluxanların sayı 7-8 dəfə azalıb. Belə ki, gündəlik yoluxanların sayı 4000-dən 300-ə düşüb. Qeyd edək ki, yoluxmaların sayı kəskin artdığına görə dekabrın 1-dən yanvarın 18-nə kimi ölkə ərazisində karantin rejimi daha da sərtləşdirilərək “SMS icazə” sisteminə keçirilib. Yoluxanların sayı azalma dinamikası ilə davam edərsə, gələn həftədən “SMS icazə” sistemi ləğv edilə bilərmi?

Manevr.az-ın verdiyi məlumata əsasən, bu suallara tibb professoru Adil Qeybulla cavab verib.

Onun sözlərinə görə, yoluxanların sayı bu templə azalmağa doğru gedərsə, ola bilər ki, karantin rejimində müəyyən yumşalmalara gedilsin:

“Əlbəttə, bunun üçün gündəlik yoluxmaların sayında azalma dinamikasının davamlı olması vacibdir. Eyni zamanda vaksinasiyanın da başlanılması gözlənilir. Əlbəttə, vaksinasiyanın nəticəsini qısa müddət ərzində görmək mümkün deyil. Ən azı 42 gün immunitetin formalaşması üçün zaman lazımdır.

Vaksinasiyadan əlavə gələcək immunitetin formalaşması və gündəlik yoluxanların sayındakı azalma tendensiyasının davam etməsi, sərt karantin rejiminin yumşalmasına, o cümlədən “SMS icazə”nin ləğv edilməsinə gətirib çıxara bilər. Hər şey mövcud vəziyyətdən asılı olacaq”.sonxəbər.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar