Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhidə niyə qəbirüstü abidə qoyulmayıb? - AÇIQLAMA

Tarix: 05-01-2021 11:58     Baxış: 4161 A- / A+
Şəhidə niyə qəbirüstü abidə qoyulmayıb? - AÇIQLAMA

Ötən gündən etibarən sosial şəbəkələrdə oktyabrın 5-də Qusar rayonu Həsənqala kəndində dəfn edilmiş şəhid İsmayılov Orxan Qədim oğlunun qəbirüstü abidəsinin hələ də qoyulmaması məsələsi müzakirə edilir.

Manevr.az xəbər verir ki, "qafqazinfo" məsələ ilə bağlı Qusar rayon icra başçısının ictimai-siyasi məsələlər üzrə müavini Elman Mustafayevlə əlaqə saxlayıb. O bildirib ki, rayonda şəhidlərin məzar daşlarının hazırlanması prosesinə dekabrın 5-dən başlanıb:

“Həmin tarixdən etibarən başdaşları sifariş verilib. Rayona sonuncu, 32-ci şəhid keçən həftə gəlib. 32 şəhidin hamısının qəbirüstü abidələri sifariş verilib. Onlardan 5-nin artıq mərməri qoyulub. Yerdə qalanların da beton işləri yekunlaşıb. Digərlərinin də qəbirüstü abidələri yanvarın 18-nə kimi hazır olacaq. Hər bir şəhid ailəsinə abidələrin ilkin variantları göstərilib. Onların istəyinə uyğun olaraq məzar daşları hazırlanacaq.

Həmin şəklə baxan adam görür ki, məzara beton hissə vurulub, deməli, abidə hazırlanır. Bunu xüsusi ajiotajla ictimailəşdirmək düzgün deyil. Prosesin gec başlamasına səbəb isə odur ki, abidələrin hamısının bir qaydada olmasını istədik. Ona görə də sifarişləri bir adama verdik. Heç kimin, o cümlədən də dövlət məmurlarının şəhidə hörmətsizlik etməyə haqqı çatmır. Bizim bir nömrəli borcumuz onların qayğıları ilə məşğul olmaqdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar