Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident koronavirusun dərmanını tapdı - Türkmənistanda

Tarix: 31-12-2020 21:47     Baxış: 163 A- / A+
Prezident koronavirusun dərmanını tapdı

Türkmənistan prezidenti Qurbanqulı Berdımuxammedov televiziya ilə çıxışda iddia edib ki, şirinbiyan bitkisi COVID-19-un çarəsidir.

O alimlərə bunun üzərində işləməyi tapşırıb. İxtisası stomatoloq olan Berdımuxammedov dekabrın 25-də keçirilən hökumət müşavirəsində deyib:

"Bütün dünya alimləri bu qorxulu infeksiyayaya qarşı səmərəli mübarizə vasitəsini tapmaq uğrunda mübarizə aparırlar. Şirinbiyan kökü bu çarələrdən biridir. Alimlər qeyd ediblər ki, şirinbiyanın tərkibində olan qlitsirin turşusu yeni koronavirusun inkişafını əngəlləyir”.

Ötən may ayında Çin mediası yazırdı ki, şirinbiyan bitkisinin cövhəri potensial baxımdan yeni tipli koronavirus yoluxmasını müalicə edə bilər.

Lakin bu xəbərlərin ardınca elmi icmadan heç bir münasibət olmamışdı. Berdımuxammedov ölkənin Elmlər Akademiyasına bu bitkinin antivirus qabiliyyətinin “diqqətlə öyrənilməsini” tapşırıb.

O əlavə edib ki, Türkmənistanda belə bir dərmanın istehsalı üçün kifayət qədər şirinbiyan bitkisi ehtiyatı var.

Prezident deyib ki, hələ qədimdən şirinbiyan bitkisinin kökündən “daxili xətəliklərin, öskürəyin, böyrək xəstəliklərinin, tənəffüs orqanları problemlərinin və mədə xorasının müalicəsi üçün istifadə olunub”.

Son dərəcə qapalı ölkələrdən biri olan Türkmənistan öz ərazisində koronavirusa yoluxma olduğunu inkar edir.

Bu ölkədə həkimlərə COVID-19 diaqnozu qoymaq qadağan olunub.

Lakin səhiyyə mənbələri və xarici media Türkmənistanda xəstəxanaların koronavirus xəstələri ilə dolu olduğunu və böhranlı vəziyyət yarandığını xəbər verirlər.

“Türkmənistanın dərman bitkiləri” adlı çoxcildlik kitabın müəllifi olan Berdımuxammedov indiyədək bir sıra xəstəliklərin müalicəsi barədə məsləhətlər verib.

Ötən mart ayında prezident ölkədə bütün ev və müəssisələrin üzərlik otu tüstüsünə verilməsinə çağırmışdı.

Mərkəzi Asiyada adamlar üzərlik bitkisini “bəd nəzərdən” qorunmaq üçün yandırırlar.

Bu arada Türkmənistan boyunca qripə qarşı kütləvi peyvəndləmə kampaniyasına başlanıb. Media peyvəndləmənin məcburi olduğunu bildirir.

AzadlıqRadiosunun Aşqabad müxbirləri bildirirlər ki, həkimlər qapı-qapı gəzərək pulsuz vaksin təklif edirlər.

Lakin bir sıra mənbələr deyirlər ki, ölkədə peyvəndləmə məcburi qaydada aparılır. Peyvənddən imtina edənlərə qarşı cəzalandırıcı tədbirlərin görülə biləcəyi xəbər verilir.

Paytaxt Aşqabadda bir dövlət müəssisəsinin azı dörd işçisi bildirib ki, vaksindən imtina etdiklərinə görə işdən qovulublar. Bu da xəbər verilir ki, əvvəlcədən heç bir elan olunmadan ucdantutma vaksinasiya aparılması adamlar arasında xof yaradıb.

Bəziləri deyirlər ki, adamlara qrip vaksini əvəzinə COVID-19 vaksini vurulur. Bununla belə adamlar hakimiyyət orqanlarına sual verməkdən qorxurlar.

Dövlət sektorunda işləyənlərdən qripə qarşı peyvənd olunduqlarına dair arayışı daim üstlərində gəzdirmək tələb olunur./azadliq.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar