Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Tarix: 30-12-2020 23:08     Baxış: 4135 A- / A+
Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

44 günlük Vətən Müharibəsində torpaqlarımızın hər qarışı uğrunda say-seçmə oğullar canlarını qurban verdilər. Onlardan biri də 28 yaşlı Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) Elçin Hüseynovdur.

Döyüşdə yaralansa da, geri çəkilməyib, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib. Strateji yüksəkliklər düşmən əlinə keçməsin, döyüş yoldaşları sağ qalsın deyə özünü güllənin qabağına verib.

Manevr.az xəbər verir ki, şəhid hərbi qulluqçumuzla bağlı qardaşı Natiq Hüseynov "qafqazinfo"ya danışıb:

"Qardaşım 2014-cü ildə hərbi xidməti başa vurub və həmin ildən də MAHHXHQ kimi snayper-kəşfiyyatçı vəzifəsində xidmətə başlayıb. 2016-cı il aprel döyüşlərində fəal iştirak edib. İkinci Qarabağ Müharibəsi başlanandan da ön cəbhədədir.

Suqovuşan uğrunda döyüşlərdə yaralansa da, döyüşü dayandırmayıb. Yaralı halda düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib. "Mübariz postu"nda şəhid olub".

N.Hüseynovun sözlərinə görə, qardaşı öz silahdaşları ilə birlikdə mühasirədə qalıb. Lakin Elçin ölümü gözə alaraq, yüksəkliyi aşıb, düşmənin olduğu sahəyə daxil olub və onları atəşə tutanları vurub:

"Kəşfiyyatçıların dediyinə görə, Elçin şəhid olanda iki dəfə güllə yarası alıb. Birinci güllə başının arxasından dəyib, komandiri elə bilib ki, Elçin şəhid olub. Lakin bir müddətdən sonra onun sağ olduğunu görüblər.

Uzandığı yerdən qalxıb, komandiri Elman Əzizli rabitə ilə geri qayıtması əmrini verib. Amma Elçin dayanmayıb, komandirə "gözləyin" deyib. Düşmənlə üzbəüz dayanıb, ikinci güllə dəyməmişdən özündə güc tapıb ermənini nişan ala bilib və vurub. Sonra ikinci güllə başından dəyib.

Elçin uzandığı yerdə bir neçə saniyəyə "bronjilet"i çıxarıb, içindəki bayrağı şalvarının cibinə qoyub, silahını qucaqlayıb və həmin yerdə də şəhid olub".

Şəhidin nəşini götürmək üçün bütün kəşfiyyatçı yoldaşları əllərindən gələni ediblər. Yalnız 11 gündən - düşmən arxaya çəkiləndən sonra Elçinin cəsədini ərazidən götürmək mümkün olub.

Qardaşı deyir ki, Elçin ondan yaşca böyük olsa da, subay idi, heç evlənmək barədə düşünmürdü. Bircə arzusu var idi - Şuşa, ondan başqa heç nə düşünmürdü. Həyatı ancaq post və səngərdən ibarət idi. Elə öz arzuları uğrunda da bu dünyadan getdi.

Şəhid qəhrəman Elçin Hüseynov oktyabrın 17-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Silahdaşları onun sonuncu arzusunu yerinə yetiriblər. Şuşanı azad etmək, Şuşanı görmək istəyən şəhidin məzarına Şuşa torpağı səpilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar