Xəbər lenti
Millət vəkili və icra başçısı şəhid ailələrinə və qazilərə sovqat göndərdi - Şəkillər
Millət vəkili Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun adından şəhid və qazi ailələrinə sovqatlar verilib.
Manevr.az-ın məlumatına görə, sovqatlar onlara deputatın köməkçisi və İcra Hakimiyyətinin rəsmiləri tərəfindən çatdırılıb.
Görüşlərdə şəhid ailələrinə, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışılıb, Ali Baş Komandanımız möhtərəm cənab Prezidentimiz İlham Əliyevin əsrin dörddə birindən çox davam edən münaqişəni 44 gün ərzində həll etdiyi, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanların, həmçinin onların ailələrinin Möhtərəm Cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqları vurğulanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib.
Şəhid ailələri və müharibə iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar