Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nailə Məmmədovanın yeni işi barədə nazirlikdən AÇIQLAMA

Tarix: 30-12-2020 12:39     Baxış: 3353 A- / A+
Nailə Məmmədovanın yeni işi barədə nazirlikdən AÇIQLAMA

187 saylı tam orta məktəbin keçmiş direktoru Nailə Məmmədovanın çalışdığı İctimai Nəzarət Koalisiyası özəl və müstəqil ictimai təşkilatdır.

Manevr.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu təşkilatın dövlətə bağlılığı və ya hüquqi qərar qəbul etmə səlahiyyəti yoxdur:

"Nailə Məmmədovaya yüksək vəzifə verilməsi doğru ifadə deyil. Çünki bu, vəzifə deyil, sadəcə olaraq bir ictimai əsaslı özəl təşkilatın strukturdur. O xanım direktor kimi öz ərizəsi ilə işdən azad olunub. Amma həmin məktəbdə müəllim kimi fəaliyyətini davam etdirir".

Məsələ ilə bağlı saytımıza açıqlama verən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da bu təşkilatın Təhsil Nazirliyi ilə heç bir əlaqəsi olmadığını bildirib.

Qeyd edək ki, mətbuatda karantində özünə təntənəli ad günü keçirməsi ilə gündəmə gələn və öz ərizəsi ilə işdən azad edilən keçmiş direktor Nailə Məmmədovanın İctimai Nəzarət Koalisiyasında “vəzifəyə” təyin edilməsi barədə məlumat yayılıb.

Bu QHT-nin rəhbəri Rasim Məmmədov N.Məmmədovanın qardaşıdır.

xxx

Nailə Məmmədova bu gün İctmai Nəzarət Koalisiyasının Təhsil Departamentinin sədri təyin edilib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Təhsil.biz-ə İctimai Nəzarət Koalisiyasının mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Nailə Məmmədova bir neçə gün əvvəl karantində özünə təntənəli ad günü keçirməsi ilə gündəmə gəlmişdi. O, iki gün öncə 187 saylı tam orta məktəbin direktorluğu vəzifəsindən azad olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar