Xəbər lenti
Azərbaycanda 2 həftəlik ən sərt qadağa olacaq? - AÇIQLAMA
Son günlərin yoluxma sayı və ölənlərin statistikasi ürəkaçan deyil. Belə ki, günlük yoluxmaların sayı çox, ölənlərin sayı isə 40-dan çox olur.
Bir çox mütəxəssislər yoluxmaların artma səbəbini avtobuslardakı sıxlıqla əlaqələndirirlər. Bir neçə gün öncə keçirilən Operativ Qərargahın brifinqində 2 həftəlik sərtləşmələrin olacağı ilə bağlı xəbərdarlıq edildi. Gələn həftə sərtləşmə olarsa, avtobusların fəaliyyətinə 2 həftə məhdudiyyət qoyula bilərmi?
Manevr.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, iki həftəlik avtobusların fəaliyyətinə məhdudiyyət qoyula bilər:
"Düşünürəm ki, qoyulmalıdır. Əgər təcili tədbirlər görülməsə, gündəlik yoluxma 5000-ni keçə bilər. Bu gün əsas yoluxma mənbəyi ictimai nəqliyyatdakı sıxlıqdır.
İnsanlarımız avtobuslarda maskadan düzgün istifadə etmir. Avtobusa minən kimi maskanı çənəyə endirirlər. İnsanlarımız anlamalıdır ki, yoluxmaların sayının kəskin artması xəstəxanalarda yer və dərman çatışmazlığına gətirib çıxara bilər. Hesab edirəm ki, apreldəki karantin rejiminə qayıtmalıyıq. Aptek və marketlərdən başqa digər iaşə obyektlərinin fəaliyyətinə 2 həftəlik də olsa məhdudiyyət qoyulmalıdır. Ən önəmlisi isə maskaların istifadəsinə nəzarət gücləndirilməldir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar