Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Yoluxanların sayında kəskin azalma: Sərt karantin ləğv edilə bilərmi? - VİDEO

Tarix: 29-12-2020 17:40     Baxış: 4197 A- / A+
Yoluxanların sayında kəskin azalma: Sərt karantin ləğv edilə bilərmi? - VİDEO

Azərbaycanda koronavirusa həm yoluxanların, həm də virusun qurbanı olanların sayında azalma müşahidə edilir. Ötən həftələrdə yoluxma sayı 4 min ətrafında idisə, ötən gün yoluxma sayı 772 nəfərə düşüb.

Həkim Ramin Nəriman bildirib ki, xəstələrin sayı çox olsa da, sərt karantin rejimi artıq müsbət təsirini göstərməyə başlayıb:

“Hazırda xəstələrin sayı kifayət qədər çoxdur. Aktiv xəstə sayı 41 min nəfərdir. Baxmayaraq ki, modul tipli xəstəxanalar da tikilib və digər dövlət xəstəxanaları da bu işə cəlb olunublar, hələ də xəstəxanalarda yer sayı məhduddur. Əvvəlki günlərlə müqayisədə təcili tibbi yardım maşınları seçim edərək daha ağır xəstələri götürürdüsə, indi nisbətən daha yüngül xəstələr xəstəxanada müalicə almaq imkanı əldə edirlər”.

Həkimin sözlərinə görə, hazırda xəstələrin sayında təqribən 20 faiz azalma müşahidə olunur. Yaxın günlərdə belə vəziyyət davam edərsə, aktiv xəstə sayının yarıya qədər azalacağı gözlənilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar