Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Peşə təhsili alanlar ali məktəblərə imtahansız qəbul olunacaqlar

Tarix: 28-12-2020 16:14     Baxış: 399 A- / A+
Peşə təhsili alanlar ali məktəblərə imtahansız qəbul olunacaqlar

Azərbaycanda yüksək texniki peşə təhsili almış şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanunu ilə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulması müəyyən edilib.

2020-2021-ci tədris ilində ilk dəfə olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Nəqliyyat vasitələrinin texniki istismarı”, “Kompüter sistemlərində proqram təminatı” ixtisasları üzrə yüksək texniki peşə təhsili səviyyəsinə qəbul həyata keçirilib. Təhsil müddəti 3 il olan bu tədris proqramlarında təhsil alan tələbələr

subbakalavr peşə-ixtisas dərəcəsi alacaq və təhsilini müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə edəcəklər. Qeyd edək ki, növbəti tədris ilindən etibarən yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul aparılacaq ixtisasların sayının artırılması nəzərdə tutulur. Yüksək texniki peşə təhsili ümumilikdə peşə təhsilinin nüfuzunu artırmağa xidmət etməklə yanaşı, təhsil pillələri arasında keçid imkanını da təmin edəcəkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar