Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şevçenko Azərbaycanla bağlı film hazırladı - Video

Tarix: 27-12-2020 18:29     Baxış: 4141 A- / A+
Şevçenko Azərbaycanla bağlı film hazırladı - Video

Rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko Azərbaycana səfəri zamanı “Ruslar Azərbaycanda necə yaşayır? Və niyə Rusiyada belə yaşamır?” adlı sənədli film hazırlayıb.

Manevr.az musavat.com-a istinadla xəbər verir ki, bu günlərdə Azərbaycanda səfərdə olan M.Şevçenko rusların yaşadığı İvanovka kəndində də olub. Ordakı rus vətəndaşlarla danışan, dolanışıqları, maddi durumları, onlara yerli əhali və rəhbərlik tərəfindən olan münasibətlə maraqlanan Şevçenko eyni zamanda müsahiblərinin təqdimatında bir çox reallıqları tamaşaçılara çatdırıb.

M.Şevçenko və onun müsahibi olan kənd sakinləri bildiriblər ki, İvanovka kəndində 2 min rus yaşayır və burda Nikitin adına kolxoz idarəsi də fəaliyyət göstərir. Sakinlər özlərinə olan münasibətdən, dolanışıq, iş şəraitindən razılıq ediblər və burda özlərini vətəndəki kimi hiss etdiklərini söyləyiblər. Filmin çəkilişləri baş tutan gün ordakı kənd sakinlərindən birinin dəfn mərasimi keçirilib. Süjetlərdə yas mərasiminin necə keçirilməsi, əhalinin bütün dini ritualları yerinə yetirməsindən bəhs edilib. M.Şevçenko isə yas mərasiminin fonunda aşağıdakı fikirləri bildirib: “Bəzən Rusiyada Qarabağ müharibəsinin müsəlmanlarla xristianlar arasında baş tutduğunu deyirlər. Amma gerçəklik belə deyil. Baxın və görün ki, ruslar Azərbaycanda necə yaşayır və necə son mənzilə yola salınırlar. Heç Rusiyanın özündə belə yaşaya biləcəkləri yerlər, məkanlar azdır”.

Rəyi soruşulan kənd sakinləri isə efir vasitəsilə tanınmış rusiyalı jurnalist Vladimir Solovyova müraciət ediblər. Onlar daha öncə Qarabağ savaşında Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən jurnalistə İvanovka kəndinə gəlməyi və azərbaycanlıların burda necə yaşadığını gözləri ilə görməyi tövsiyə ediblər.

Xatırladaq ki, M.Şevçenko dekabrın 15-də Gəncəyə səfər edib. M.Şevçenko cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket atdığı ərazilərə baş çəkib. O, səfəri çərçivəsində xeyli maraqlı süjet və müsahibələr hazırlayıb. Bunlar da növbəli şəkildə özünə aid Yutub kanalında yayımlanır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar