Xəbər lenti
Qələbə komandir

Vətən müharibəsinin ilk günündən Ümid Partiyasının İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyev də ehtiyatda olan zabit kimi savaşa getdi. Müxtəlif istiqamətlərdə gedən döyüşlərə qatıldı.
Baş-leytenant Taleh Əliyev 30 illik həsrətdən sonra uşaqkən çıxdığı o torpaqlara zabit kimi qayıtdı. Əlində silah, çiynində ulduzlar, başının üzərində zəfər mələkləri ata-baba yurduna getdi. Evini-eşiyini axtardı, həyətini-bacasını soraqladı, uşaqkən əkdiyi ağaclar da yox idi, əlləri ilə yoxladı, bircə vətən qalmışdı. Elə bu savaş da, bu müharibə də vətən savaşı, vətən müharibəsi idi.
Taleh Əliyevin bir siyasətçi, politoloq kimi dediyi siyasi fikirlər, apardığı təhlillər də hərb dəqiqliyi kimidir. Onunla zaman-zaman siyasi söhbətlərimiz olub, dediyi fikirlər həmişə hərb dəqiqliyini özündə əks etdirib. Taleh Əliyev şəxsiyyət kimi, politoloq kimi, vətəndaş kimi və artıq zabit kimi də özündə tamlıq yaradıb.
Adam vətəndən yarımçıq olanda hər yerdən yarımçıq olur. Vətən tamlaşdıqca insan bütövləşir, ucalır. Taleh Əliyev hazırda o ucalıqda, o bütövlükdədir.
Taleh Əliyev indi işğaldan azad edilmiş o müqəddəs torpaqlardadır, Şuşanın keşiyini çəkir, Ağdamın, Laçının keşiyini çəkir, vətənin qeydinə qalır. Elə burdan, bu yazının ortasından ona səslənirəm:
Özün qazanmısan, özün, komandir!
Yaşa bu zəfəri, yaşa, necədi?
Vətən taleyinin Talehi, vətən, -
Füzuli, Kəlbəcər, Şuşa necədi?
Necədir qayıtmaq uşaqlığına?
Evinin önündə dayanmaq necə?
Sökülmüş, dağılmış, soyuq divarlar,
Sınıq pəncərədən boylanmaq necə?
Vətən yerindədir, vətən ordadır,
Salınar yenə də şəhər, komandir.
Sən də qayıdarsan öz ocağına,
Qələbə komandir, zəfər komandir!

Elşad Barat
Yazıçı,
Ümid Partiyasının Mətbuat Xidmətinin rəhbəri
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar