Xəbər lenti
Qalmaqallı direktordan şeir:"Özümü Allahın anası bildim..."-VİDEO

Bir neçə gündür gündəmi zəbt etmiş, qalmaqallı məktəb direktoru Nailə Məmmədova həm də şeir yazırmış.
Manevr.az həmin poeziya nümunələrindən birini təqdim edir:
***
Baş-başa çatılan iki kösövtək
Beləcə bir ömür hey tüstüləndik.
Çır-çırpı olmadı bizi yandıran,
Sönmüş bir ocağı alovlandıran.
Tüstülü evimin bacası yoxdu,
Gecə köynəyimin yaxası yoxdu,
Məni məndən yaxşı bilə bilməzsən,
Mənim ciyərimin parası yoxdu.
Divarı, torpağı, daşı ağlayar,
Hər kimin evinin çırası yoxdu.
Hamını dünyada analı gördüm,
Bəs niyə Allahın anası yoxdu?!!
Bizim anamız var, bizim balamız.
Neyləyək hamımızın yaramız çoxdu.
Mənim tək bir ona yazığım gəlir,
Deyirlər Allahın anası yoxdu.
Dünyada hamını analı gördüm,
Əyrini, düzü də divara hördüm,
Uca Yaradanım, sənə güvənib,
Anam olduğuyçün özümü öydüm.
Dünyada hamını analı gördüm,
Allahın anası olmadığı üçün,
Özümü Allahın anası bildim.
Özümü Allahın anası gördüm.
Bağışla, qapını uca Yaradan,
Sənə güvənərək iznsiz döydüm.
Bağışla, qapını uca Yaradan,
Sənə güvənərək iznsiz döydüm
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar