Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərsu"dan deputata kəskin cavab

Tarix: 25-12-2020 23:16     Baxış: 3156 A- / A+
"Azərsu"dan deputata kəskin cavab

Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı millət vəkili Rəşad Mahmudovun Milli Məclisdə ASC-yə qarşı səsləndirdiyi tənqidlərə və suallara cavab verib.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, qurum rəsmisi sosial şəbəkə hesabında Rəşad Mahmudovun Astaranın su-kanalizasiya layihəsinin gedişi barədə maraqlanmadığı üçün bundan məlumatsız olduğunu bildirib:

“Azərsu ASC-nin rəhbərliyi büdcə müzakirələrində iştirak etmədiyindən özümə borc bildim ki, ictimaiyyətlə əlaqələrə məsul şəxs olaraq onun suallarını cavablandırım.

Hörmətli Rəşad müəllim, Astara şəhərində layihə üzrə tender 2014-cü ildə keçirilib və işlərə 2015-ci ildə başlanılıb. Azərbaycan hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi layihədə yalnız içməli su infrastrukturunun yenidən qurulması nəzərdə tutulmuşdu. 15 oktyabr 2018-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Astara şəhərinin içməli su təchizatı layihəsinin başa çatması münasibətilə açılış mərasimi keçirilib. Astara şəhərini içməli su ilə təmin etmək üçün Xanbulançay təmizləyici qurğusundan 29 km magistral su xətti çəkilib, şəhərdə 109 km paylayıcı şəbəkə inşa edilib.

2 çağırış Astaradan millət vəkili seçilən Rəşad müəllim yəqin ki, bunları bilməmiş deyil. Bilmirsə, deməli, layihənin gedişi ilə heç vaxt maraqlanmayıb".

A.Cəbrayıllı millət vəkilinin Şuşada su və kanalizasiya sisteminin bu il quraşdırılmağa başlayacağı təqdirdə işlərin nə vaxta bitməsi ilə bağlı sualını da cavablayıb:

"Şuşa ilə bağlı suala gəldikdə isə millət vəkilinin diqqətinə çatdırmaq istəyirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən işğaldan azad edildikdən sonra Şuşaya gedən ilk mülki şəxslər məhz Azərsu ASC-nin əməkdaşları olub. Onlar qısa müddətdə düşmən tərəfindən dağıdılmış magistral su kəmərlərini bərpa edərək Şuşa şəhərinin dayanıqlı içməli su təchizatını bərpa ediblər və o vaxtdan Şuşada xidmətimiz təşkil olunub".

Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı Rəşad Mahmudov Azərsu ASC-ni sərt tənqid edib. O, 2008-ci ildə ASC-nin Astarada su və kanalizasiya layihəsi ilə bağlı tenderin qalibi elan olunduğunu, lakin su problemi həll olunsa da, hələ də kanalizasiya məsələsinin həllini tapmadığını bildirib. Millət vəkili "Azərsu"ya bu il Şuşada iş başlasa, onun neçə ilə bitəcəyi ilə bağlı suallar da ünvanlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar