Sizin Reklam Burada
Xəbər lenti
20-08-2025
19-08-2025
BÜTÜN XƏBƏRLƏR

Müharibə iştirakçılarına ödəniləcək 360 manat yetərlidirmi? -EKSPERT

Tarix: 24-12-2020 14:49     Baxış: 4170 A- / A+
Müharibə iştirakçılarına ödəniləcək 360 manat yetərlidirmi? -EKSPERT

"Sosial müavinətlərin minimim həddi təkcə əmək qabiliyyətli insanın özünün deyil, eyni zamanda onun öhdəliyində olan şəxslərin, övladlarının və yaxud öhdəsində olan əmək qabiliyyəti olmayan şəxslərin də yaşayışına təminat verməlidir".

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev vətən müharibəsində iştirak etmiş və hazırda xidmətini davam etdirən hərbçilərə aylıq 360 manat verilməsi xəbərindən danışarkən deyib. Ekspertin fikrincə, bununla bağlı dəyərləndirmə aparılmalıdır ki, bu məbləğ insanın fizyoloji mövcudluğuna, mədəni inkişafına, istirahət hüququnun təmin olunmasına və digər xidmətləri təmini üçün layiqli həyat səviyyəsinə imkan verir ya yox:

"Bunu hesablayandan sonra 360 manatın ədalətli təsbit olunub-olunmamasını bilmək olar. Bu çox qəliz prosesdir. Layiqli həyat səviyyəsi deyilən anlayış var. Onun məbləği nə qədərdir? İnsanın layiqli yaşaya biləcəyi bir məbləğ olmalıdır. Amma "məbləğ nə qədər ola bilər" sualına cavab verə bilmirəm. Gərək öncə bu hesablanıb dəyərləndirilsin. Hökümət maraqlı tərəfləri yığsın, media, ekspertlər, iqtisadçılardan bir qrup yaratsın. Bu qrup cəmiyyətə açıq olsun, mütəxəsislər oturub onların əməyini dəyərləndirsin".

Ekspert qeyd edib ki, ayrılan maliyyə büdcə vəsaitidir, xərclənəcəksə bunun bir hesablanması olmalıdır:

"Əslində bəxtimiz onda gətirməyib ki, ölkədə normal alternativ düşüncə mərkəzləri yoxdur. 360 manat hökümətin mövqeyidir. Biz bilmirik ki, 360 manat onların layiqli həyat səviyyəsinin təmini üçün yetərlidir, ya yox. Ən yaxşı təklif bununla bağlı alternativ dəyərləndirmə aparılmalıdır".

Qeyd edək ki, Vətən müharibəsində iştirak etmiş və hazırda xidmətini davam etdirən bəzi hərbçilərə aylıq 360 manat veriləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar