Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda koronavirusla mübarizə monopoliyaya alınıb? “Növbədə cəmi 3 həkim olur“

Tarix: 24-12-2020 11:51     Baxış: 4156 A- / A+
Azərbaycanda koronavirusla mübarizə monopoliyaya alınıb? “Növbədə cəmi 3 həkim olur“

Son həftələr ölkədə gündəlik yoluxma sayının kəskin şəkildə artması ciddi narahatlığa səbəb olub. Artıq xəstəxanalarda yerlərin dolması ilə əlaqədar əksəriyyət evdə müalicə üsuluna əl atıb. Bunun isə effektli olub-olmaması hələ ki sual altındadır. Çünki dünənə qədər COVID-19 haqqında başqalarının dediklərinə əsasən danışırdıqsa, bu gün evimizə də yol tapdığını görüb vəziyyətin acınacaqlı olduğunu daha yaxşı dərk edirik.

Manevr.az xəbər verir ki, terapevt Rasif Bağırov yenisabah.az-a açıqlamasında ölkədə virusla mübarizənin heç də düzgün aparılmadığını, ona görə belə çətin vəziyyətlə üzləşdiyimizi bildirib:

“Xəstəni götürüb portala yazır, müalicəsi ilə məşğul olmur, amma dəqiqə başı zəng vurub xəstədən harada olduğunu soruşurlar. Guya o vətəndaş telefonu evdə qoyub çıxsa, gedib onu tuta biləcəklər? Xəstələrin çoxu evdən çıxmaq üçün belə üsullara əl atırlar. Bu xəstələri belə vəziyyətə salacağınıza icazə verin həkim çağırıb müalicə işi ilə məşğul olsunlar. Belə qadağalara qarşı onlar başqa yollara əl atırlar, o da infeksiyanın yayılmasına gətirib çıxarır”.

Terapevtin sözlərinə görə, digər problem həkimlərin çoxunun müalicədən kənarda saxlanmasıdır:

“Onları evlərinə buraxıb deyirlər ki, məhz koronavirusa qarşı mübarizə aparan konkret sayda həkim var. Təcili yardımı analiz üçün evə çağırırsan. Cavab verir ki, məni temperaturun olanda çağır. Bu insanlar başa düşmürlər ki, temperatur olanda test nəticəsi pozitiv çıxmır. Çünki xəstəlik tam yayılmağa başlayanda virus artıq orqanizmdə özü öz ömrünü başa vurur. İlkin narahatlıq hiss edilən kimi müdaxilə etmək lazımdır. Təcili yardımda 20-25 il bundan qabaq növbəyə 5 maşın çıxırdısa, bu gün 3 maşın çıxır. Halbuki əhali iki dəfə artıb. Ona görə də insanlar təcili yardıma müraciət etməkdən vaz keçiblər, çünki onsuz da gəlmir. Bu səviyyədə bir xəstəliyin qarşısında növbədə cəmi 3 həkim olur, bu qüvvə ilə kimin yardımına çatmaq olar? Nəticə göz qabağındadır. Əhalinin əksəriyyəti həkim müayinəsindən kənarda qalıb”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar