Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Belçikalı Türk tələbələr Azərbaycan üçün Zəfər qurbanları kəsdi

Tarix: 23-12-2020 22:40     Baxış: 2760 A- / A+
Belçikalı Türk tələbələr Azərbaycan üçün Zəfər qurbanları kəsdi


Sentyabrın 27-də başlayan və Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi dünya azərbaycanlılarını, eləcə də bütün türk dünyasını daha da birləşdirdi. Dünyanın hər yerində fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları vahid bir informasiya cəbhəsində erməni lobbisinə qarşı daha da qətiyyətli mövqe sərgiləyərək, olduqları ölkələrdə Azərbaycanın haqq səsi olmağa çalışdılar.


Cəbhə xəttində Azərbaycanın müqayisəyə gəlməz dərəcədə üstünlüyü həm də diplomatik sahədə və beynəlxalq müstəvidə daha da gücləndirilirdi. İnformasiya müharibəsində, mülkü vətəndaşlarımıza qarşı erməni ordusunun törətdiyi müharibə cinayətləri demək olar ki, bütün dünyaya çatdırılırdı.
Manevr.az xəbər verir ki, diaspor təşkilatlarımız bütün bunlarla kifayətlənmir, Azərbaycan əsgərinə dəstək olduğunu ifadə etmək üçün müxtəlif kompaniyalar keçirir, ordumuza, əsgərlərimizə yardım etməyə çalışırdılar. Bir sözlə bütün dünyada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları, ictimai birliklər Vətən müharibəsinə öz ürəyini qoymağa çalışırdı.

Azərbaycanın apardığı Vətən müharibəsini Belçikanın Gent şəhərində yaşayan Türk əsilli tələbələr də böyük heyranlıqla izləyirdilər. Bu savaşın zəfərlə bitəcəyinə əmin olan tələbələr Gent şəhərində Azərbaycanın Zəfərini qeyd etmək üçün bir kompaniyaya başladılar.Tələbələr öz əlləri ilə bişirdikləri şirniyyatları xeyriyyə məqsədilə sataraq, toplanan pullarla Zəfər qurbanları kəsməyi niyyət etdilər. Gent Universitetinin tələbəsi Zeyneb Yılmaz və Batuhan Özçelikin başlatmış olduğu kompaniyaya tələbələrdən Maidə Taşlıdərə, Dilara Tınastəpə, Rabia Yılmaz, Şeyma Manav, Tuğba Yılmaz, Betül Duran, Rümeysa Okur da qatılaraq, xeyriyyə aksiyasını uğurla başa vurdular.
Xeyriyyə aksiyasının təşkilatşılarından biri olan Zeynəb Yılmaz bildirib ki, əldə olunan pullarla alınan 55 ədəd qurban kəsilərək, Azərbaycanda müharibədən zərər çəkmiş, eləcə də aztəminatlı ailələrə və digər həssas quruplara paylanmışdır. “Bu aksiyanı keçirməkdə məqsədimiz odur ki, Azərbaycanlı qardaşlarımız onların yanında olduğumuzu bilsinlər. Azərbaycanın zəfəri bütün türklərin onur duyduğu bir qələbədir. Azərbaycan torpaqlarının işğaldan azad olunması tarixi bir qələbədir və biz türkləri daha da birləşdirdi. Yaxın gələcəkdə biz azad olunmuş torpaqlarımıza səfər etməyi də düşünürük”.
Zeyneb Yılmaz bildirib ki, bu aksiyanın davamı olaraq, gələn ay Azərbaycanda Belçikalı tələbələr adından 100 məktəbli üçün məktəb ləvazimatlarından ibarət hədiyyə bağlamları da təqdim ediləcək.

Qeyd edək ki, Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlar vaxtaşırı Azərbaycanda sosialyönümlü layihələr həyata keçirir, müxtəlif xeyriyyə aksiyaları təşkil edir. Avropada Azərbaycanın haqq səsini çatdıran, Azərbaycan həqiqətlərinin təbliğində müstəsna rol oynayan diaspor təşkilatlarımızdan biri də Belçika Azərbaycan Dostluq Cəmiyyətidir. Təkcə bu il Cəmiyyətin sədri Ayhan Dəmirçi və Gent Türk Ocaqlarının eski başkanı, türk millətçisi Rəcəp Tuncer Sarının himayəsi altında və təşkilatşılığı ilə Azərbaycanda aztəminatlı ailələrin, qaçqın və məcburi köçkün məktəblərin şagirdləri üçün 120 ədəd ayaqqabı, 223 ədəd qış geyəcəkləri, eləcə də 110 ailəyə ərzaq yardımı göstərilmişdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar