Xəbər lenti
Gələn həftədən SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, dekabrın 22-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 284 yeni yoluxma faktı qeydə alınıb, 4 392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 41 nəfər isə vəfat edib. Bu azalma davam edərsə, gələn həftə Azərbaycanda "SMS icazə" sistemi ləğv edilə bilərmi?
Bununla bağlı danışan deputat Müşfiq Cəfərov son günlər rəqəmlərin azalmasının ürəkaçan olduğunu bildirib.
“Belə ki, artıq gündəlik yoluxmaların sayı 4000-dən 2000 minə düşüb. Bu sayın iki dəfə azalması çox yaxşı nəticədir. Artıq azalma davam edərsə, gündəlik yoluxma sayı 3 rəqəmliyə enə bilər. Amma hər hansı yumşalma və "SMS icazə" ilə bağlı konkret fikir söyləmək çətindir, çünki gələn həftə bizdə bayram günləridir. Bayrama yaxın yumşalma etmək düzgün olmazdı. Çünki insanlar bayram günlərində bir-birilərinin evinə qonaq gedir, kütləvi toplaşaraq bayramı qeyd edirlər. Təbii ki, buna yol vermək olmaz”, - deputat deyib.
Deputat qeyd edib ki, yoluxma daha çox insanların kütləvi toplaşdığı yerlərdə olur:
“Hər hansı bir şəxsin yoluxması insanları kütləvi şəkildə yoluxdura bilər. Ona görə yanvarın 18-nə kimi tətbiq edilən "SMS icazə" sistemini gözləməliyik. Yanvarın 18-dən sonra bu məsələyə baxıla bilər və vəziyyətə uyğun olaraq, "SMS icazə" sistemi ləğv edilə bilər. Təbii ki, qoyulan qaydalara əməl etmək şərti ilə. Amma böyük şəhər və rayonlarda yumşalmalara getmək hələ tezdir. Yoluxma sayını heç olmasa üç rəqəmliyə endirmək lazımdır”. (sonxəbər.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar