Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Müharibə əlillərinin övladları təhsil haqqından azad ediləcək

Tarix: 22-12-2020 20:38     Baxış: 3255 A- / A+
Müharibə əlillərinin övladları təhsil haqqından azad ediləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlilliyi müəyyən edilmiş bütün şəxslərin uşaqları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin özləri təhsil haqqını ödəməkdən azad ediləcək.

Manevr.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bununla bağlı “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinin (Əmək pensiyasının sığorta hissəsinə əlavələr) ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təklif olunduğunu bildirib.

Əlilərin reabilitasiya müalicəsi dövlət hesabına təmin ediləcək, onlara əlil arabası daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı protezlər veriləcək.

Eyni zamanda əlillik göstəricisi hərəkət etmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdırdığı təqdirdə bu şəxslərə minik avtomobilləri təqdim olunacaq. əlilliyi olan şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, bu tarixdən sonra olanlar isə yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar