Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Xankəndidə ev alaq, almayaq” demək... - Siyavuş Novruzov

Tarix: 22-12-2020 13:02     Baxış: 3201 A- / A+
“Xankəndidə ev alaq, almayaq” demək... - Siyavuş Novruzov

Media işçilərinə təşəkkür edirəm ki, müharibə vaxtı çox aktiv çalışdılar: həm cəbhə bölgəsində əsgərlərimizin yanında oldular, həm də xaricdə olan düşmənlərə qarşı informasiya müharibəsində öndə getdilər.

Manevr.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.

Deputat Xankəndidə evlərin satışa çıxarılmasına da münasibət bildirib: “Gələcəkdə Azərbaycanda yaşayan ermənilər daşınan əmlak alıb-satmaq hüququna malikdirlər. “Xankəndidə ev alaq, almayaq” demək düşmən dəyirmanına su tökməkdir. Bu, dolayısı yolla düşmən əlinə əsas verir ki, gələcəkdə hansısa planı həyata keçirsin”.

Siyavuş Novruzov Azərbaycana qarşı əks mövqedə dayanan insanlara da toxunub: “Azərbaycan Ordusu şanlı qələbə əldə edib. Bu gün ermənilər tərəfindən maliyyələşənlər bunu həzm edə bilmir. Bu baxımdan da onlar sakit dayanmırlar. Məkrli niyyətlərini ortaya qoyurlar. Amma onlar məkrlərini həyata keçirə bilməyəcəklər”.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar