Xəbər lenti
Eldar Həsənov Prezidentə təbrik məktubu yazdı - ŞƏKİL
Azərbaycanın sabiq baş prokuroru və səfiri, hazırda Dövlət Təhlükəsizlik Xidmətinin(DTX) təcridxanasında saxlanılan Eldar Həsənovun torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladığı təbrik məktubunun əsli yayılıb.
Manevr.az həmin məktubu təqdim edir:
"Möhtərəm cənab Prezident!
İşğal olunmuş tarixi ərazilərimizin sizin rəhbərliyinizlə qətiyyətlə mənfur düşməndən təmizlənməsi, mədəniyyət beşiyimiz Qədim Şuşanın azad edilməsi, millətimizin zədələnmiş qürurunun yenidən özünə qaytarılmasındakı gərgin, cəsarətli və şərəfli fəaliyyətinizin uğurlu nəticəsinə görə Sizi-Böyük Qayıdışın Sərkərdəsini səmimi qəlbdən təbrik edirəm!
Doğulub boya-başa çatdığım Kəlbəcər artıq işğaldan azad olunmaq ərəfəsindədir. Sizə bir kəlbəcərli və Azərbaycan vətəndaşı olaraq dərin minnətdarlığımı və ehtiramımı bildirirəm. Gücüm gecə-gündüz Sizə və müzəffər Ordumuza dualar etməyə, tam və qəti qələbə arzulamağa çatır.
Bir daha minnətdarlıqla Sizə hər zaman sədaqətli olan-Azərbaycan Respublikası DTX-nin təcridxanasından Eldar Həsənov" "08.11.2020"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar