Xəbər lenti
Bu il Bakıda Yeni il yolkası qurulmayacaq? - Rəsmi açıqlama

Hər il dekabr ayının ortalarından başlayaraq Yeni İlə hazırlıq məqsədilə paytaxtın müxtəlif ərazilərində şam ağacları qurulur, o cümlədən dekorativ işlər həyata keçirilir. Lakin bu il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Yeni illə bağlı heç bir tədbirə start verilməyib. Buna baxmayaraq, son günlər sosial şəbəkələrdə parkların və bəzi mərkəzi küçələrin bəzədilməsi ilə bağlı məsələ müzakirə olunur. İnsanların bəziləri 44 günlük Vətən müharibəsində həyatını itirən şəhidlərimizə görə ölkədə şənlik aurasının yaradılmasını düzgün hesab etmir.
Maraqlıdır, Yeni İllə bağlı ölkədə hansısa tədbirlər həyata keçiriləcək?
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məsələ ilə bağlı yenisabah.az-a açıqlamasında ötən illərdə həyata keçiirlən tədbirlərin yenidən icrası üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözlədiklərini bildirib:
“Biz bütün hazırlıq işlərini görmüşük. Şəhərin bəzədilməsi, yolka qurulması, Yeni İllə bağlı digər tədbirlərin həyata keçirilməsi üçün qərar gözləyirik, ona uyğun hərəkətə keçəcəyik. Yəqin ki, gələn həftə hər şey müəyyənləşər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar