Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda nə vaxt toy etmək mümkün olacaq?

Tarix: 18-12-2020 10:28     Baxış: 3169 A- / A+
Azərbaycanda nə vaxt toy etmək mümkün olacaq?

Tanınmış kardioloq və millət vəkili Rəşad Mahmudov Azərbaycanda yas mərasimləri və toylara nə zaman icazə verilməsinin vaxtını açıqlayıb.

Manevr.az xəbər verir ki, bu barədə "ölkə.az"a açıqlama verən millət vəkili Rəşad Mahmudov bildirib ki, hazırda əsas məsələ xəstə sayının minimuma endirilməsidir.

"Hazırda cəmiyyəti narahat edən məsələlərdən biri də toy və yas mərasimlərinin keçirilməsi ilə bağlıdır. İndiki şəraitdə, xüsusən də qış aylarında havaların soyuq keçdiyi bir zamanda və indiki durumda toy və yas mərasimlərinin keçirilməsinə qətiyyən yol vermək olmaz.

Amma havalar qızdıqca, yaz aylarında bizim üçün müəyyən imkanlar yaranacaq. Ümid edirəm ki, o vaxtadək də xəstəliyə yoluxanlaırn sayı minimuma enəcək və ondan sonra bu məsələlərə baxmaq olar. Virusa yoluxma minimuma düşdükdən sonra tədricən toy və yas mərasimlərinin keçirilməsinə baxıla bilər", - deyə Rəşad Mahmudov bildirib.

Bir insanın ikinci dəfə virusa yoluxma halı ilə bağlı məsələyə aydınlıq gətirən R.Mahmudov deyib ki, istər koronavirusa yoluxan olsun, istərsə də peyvənd olunan şəxsin ikinci dəfə yoluxma ehtimalı var: "Çünki peyvənd tam qoruyucu deyil. Digər tərəfdən qripal xəstəliklər zamanı da insan ildə iki dəfə qripə yoluxa bilər. Düzdür, bu ehtimal azdır, amma mümkündür. Amma ikinci dəfə yoluxan şəxs xəstəliyi birinci dəfədəkindən yüngül keçirir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar