Xəbər lenti
Anar Məmmədov:"Əhalinin rifahının yaxşılaşdırılması dövlətin sosial mahiyyətindən irəli gələn siyasətdir"
“Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin təminatı daim ölkə başçısının diqqət mərkəzindədir. Azərbaycan dövləti və Prezidenti ən çətin proseslərdə, gərgin hadisələrdə güclü siyasi iradə, humanizm, tolerantlıq nümayiş etdirərək istənilən şəraitdə öz vətəndaşlarının yanında olmasını göstərir”.
Manevr.az bildirir ki, bu fikrləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam mühüm əhəmiyyətə malikdir:
“Həmin sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Həmçinin, bu sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq sərəncam imzalanmış və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılıb. Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Sərəncamda həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vahid məlumat bazasının formalaşdırılması işlərinin həyata keçirilməsi tapşırığı da verilib.
Artıq bəlli olduğu kimi, qısa bir zamanda müvafiq işçi qrup tərəfindən mülki əhaliyə, dövlət əmlakına dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müəyyən addımlar atıldı, erməni vandalizmi nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alındı”.
A.Məmmədovun sözlərinə görə, son illər biz belə sərəncamların imzalanmasını Aprel döyüşləri zamanı, Kürün aşması və zəlzələdən zərər çəkmiş insanların evlərinin bərpasında, eyni zamanda Tovuz təxribatı zamanı da gördük. Hətta təbii fəlakətlər zamanı vətəndaşların sığortası, qeydiyyatı, müvafiq sənədləri olmayan, amma fəlakətdən ziyan çəkən mülkləri də dövlət tərəfindən təminat altına alındı:
“İndiyə qədər baş verən təbii fəlakətlərdən həmçinin digər fors-major hallarda ziyan çəkən vətəndaşlara dövlət tərəfindən verilən dəstək deyilənlərə əyani sübutdur. Fəlakətdən dağılan, ciddi ziyan çəkən evlər yenidən təmir olunub, yaxud yenisi tikilərək vətəndaşların istifadəsinə verilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim vətəndaşların yanındadırlar və Azərbaycan dövləti hər zaman vətəndaşının problemlərinin həllini diqqət mərkəzində saxlayır. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli tərəqqiyə xidmət edən siyasətin əsas məqsədlərindən biri də insanların layiqli həyat tərzinin təmin olunmasından ibarətdir. Cənab Prezidentin də söylədiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində xalqımız, onların sosial rifah halının daha da yaxşılaşması dayanır. Azərbaycanın iqtisadi gücü artdıqca, əhalinin sosial müdafiəsinin artırılması tədbirləri də ardıcıl olaraq həyata keçiriləcək, çünki bu Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gələn bir siyasətdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar