Xəbər lenti
Naftalanda “Tək Millət, Tək Ürək” layihəsinin icrasına başlanılıb
“Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində Naftalan şəhəri və Goranboy rayonunda şəhid və qazi ailələrinə sovqatlar çatdırılıb. Bu məqsədlə millət vəkili Anar Məmmədov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Vüqar Novruzov, o cümlədən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) nümayəndələri ilə birlikdə şəhid ailələrini ziyarət ediblər.
Rəsmillər və türkiyəli qonaqlar Vətən müharibəsində şəhid olanların ailəsinə baş çəkiblər. Söhbət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib. “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində ehtiyaclarını ödəyəcək sovqatlar şəhid ailələrinə təqdim olunub.
”Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi tərəfindən həyata keçirilir.
Əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi qardaşlıq siyasətinə, eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın irimiqyaslı sosial siyasətinə dəstək verməkdən ibarətdir.
”Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Naftalan şəhərində bütün şəhid və qazi ailələrini əhatə edib
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar