Xəbər lenti
Azərbaycanda aylıq maaşı 9 500 manat olan iş yeri boşdur
“Hazırda vakansiya bankında 30 minə yaxın iş imkanı mövcuddur”.
Manevr.az report-a istinadən xəbər verir ki, bunu Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli deyib.
O bildirib ki, vakansiyalar üzrə əməkhaqqı 250 manatdan 9 500 manatadək dəyişir: “İstənilən şəxs öz bilik və bacarığına uyğun vakansiya seçib göndəriş formalaşdıra bilər. Göndərişlərin işsiz şəxsə uyğunluğu məşğulluq mərkəzləri tərəfindən təsdiq edilərək işəgötürənlərə yönləndirilir”.
Xidmət rəisi qeyd edib ki, yaxın vaxtlarda vakansiya bankı yeni innovativ yanaşma ilə fəaliyyət göstərəcək: “Süni zəkanın köməyi ilə iş axtaranlara vakansiya, işçi axtaranlara isə müvafiq əməkdaş insan müdaxiləsi olmadan təklif olunacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar