Sizin Reklam Burada
Xəbər lenti
03-02-2025
02-02-2025
BÜTÜN XƏBƏRLƏR

Maksim Şevçenko Gəncədə - ŞƏKİL/VİDEO

Tarix: 15-12-2020 18:29     Baxış: 4184 A- / A+
Maksim Şevçenko Gəncədə - ŞƏKİL/VİDEO

Rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko Gəncəyə səfər edib.

Manevr.az-ın məlumatına görə, rusiyalı qonaq Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Maksim Şevçenkoya erməni terroru və onun nəticələri barədə məlumat verib.

O bildirib ki, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-si tarixlərində Ermənistan tərəfindən bir neçə dəfə atəşə tutulub.

Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində bir körpə, beş uşaq və yeniyetmə, 10 qadın da olmaqla, 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb.

Qeyd edilib ki, 25-ə yaxın fərdi yaşayış evi və 10 yaşayış binası tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüb.

Maksim Şevçenko erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.oxu.az

Manevr.az

Maksim Şevçenko Gəncədə - ŞƏKİL/VİDEO
Maksim Şevçenko Gəncədə - ŞƏKİL/VİDEO
Maksim Şevçenko Gəncədə - ŞƏKİL/VİDEO
Maksim Şevçenko Gəncədə - ŞƏKİL/VİDEO
Maksim Şevçenko Gəncədə - ŞƏKİL/VİDEO
Maksim Şevçenko Gəncədə - ŞƏKİL/VİDEO
Maksim Şevçenko Gəncədə - ŞƏKİL/VİDEO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar