Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Bayramın qayıtması xəbəri ən böyük ad günü hədiyyəsidir"- Həyat yoldaşı

Tarix: 15-12-2020 13:33     Baxış: 4222 A- / A+
"Bayramın qayıtması xəbəri ən böyük ad günü hədiyyəsidir"- Həyat yoldaşı

Vətən müharibəsi zamanı yaralanaraq əsir götürülən Gəncə şəhər sakini Bayram Kərimovun Azərbaycana qaytarılması xəbərini ailəsi böyük sevinclə qarşılayıb.

Bayram Kərimovun həyat yoldaşı Sevgi Kərimova “report”un əməkdaşı ilə müsahibəsində bildirib ki, həyat yoldaşının əsirlikdən qaytarılaraq Azərbaycana gətirilməsi xəbəri onun ad günündə aldığı ən böyük hədiyyəsidir.

“Bayram əsir düşən gündən bəri gözümün yaşı dayanmır, yuxularım da ərşə çəkilmişdi. Hər dəfə kənarda ağlayanda 3 yaşlı oğlum məni təsəlli edirdi ki, ana ağlama, Allah baba atamı gətirəcək. Bu gün mənim ad günümdür. Bayramın qayıtması xəbəri ömür boyu aldığım ən böyük ad günü hədiyyəsidir. Şükür edirəm ki, mən və övladımızın üzü gülür. Əsir düşdüyü gündən bəri susqunluq düşən evimizdə indi sevinc coşqusu yaşanır. Allahımıza min şükür! Bir az olar Bayramın özü ilə də danışdım, vəziyyətim yaxşıdır dedi”.

S.Kərimova dövlət başçısı İlham Əliyevin əsirlərin qaytarılması üçün göstərdiyi diqqətə görə öz təşəkkürünü bildirib: “Bizə bu sevinci yaşatdıqları üçün cənab Prezidentə, onun həyat yoldaşı Mehriban xanım Əliyeva minnətdaram, çox sağ olsunlar. Bayramın qayıdışı mənə veriləcək ən böyük hədiyyə oldu”.

Qeyd edək ki, müharibə zamanı yaralanmış B.Kərimov hazırda Bakıda xəstəxanadadır və onun müalicəsi davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar