Xəbər lenti
İspaniyada erməni vandalizmi ilə bağlı məqalə dərc olundu
Jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə tədqiqatçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə İspaniyanın TuVozenPinares nəşri və və saytında erməni vəhşilikləri ilə bağlı məqalə dərc olunub.
Adıçəkilən nəşr məqaləni İspaniyada fəaliyyət göstərən Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Asossiasiyasının (ACAE) prezidenti Fərid Mustafayevin təqdimatı əsasında dərc edib.
Məqalədə 44 günlük Vətən müharibəsinin ilk günlərindən başlayaraq Ermənistanın Gəncə, Bərdə və digər Azərbaycan şəhərlərini raket zərbələrinə məruz qoymasından və nəticədə uşaq və qadınlar olmaqla mülki insanların qətlindən söhbət açılır.
Yazıda həmçinin, Qarabağın işğal tarixi, BMT-nin qətnamələri haqqında danışılır. Eyni zamanda bütün bu vəhşilikləri Ermənistan törətdiyi halda erməni lobbisi yenə də xarici mediada yalan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətin diqqətini bu insanlıqdan kənar hadisələrdən, mülki insanlara qarşı törədilən terror aktından yayındırmağa çalışması ispan oxucuların diqqətinə çatdırılır.
Bu cür vəhşiliklərin davam etməməsi, digər yerlərdə də presedent yaratmaması üçün beynəlxalq ictimaiyyətin, xüsusilə xarici medianın bu məsələyə duyarsız qalmamasının vacibliyi önə çəkilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar